“Dağlıq Qarabağ Azərbaycanın suveren ərazisidir” - Saakaşvili

“Dağlıq Qarabağ Azərbaycanın suveren ərazisidir” - Saakaşvili
 

Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili Azərbaycanla Ermənistan arasında son günlər davam edən hərbi toqquşmalara münasibət bildirib.

Sfera.az xəbər verir ki, Saakaşvili öz feysbuk hesabında paylaşım edərək, Dağlıq Qarabağın ərazisinin Azərbaycanın suverenitetinə daxil olduğunu bildirib.

 

"Azərbaycan və Ermənistan arasındakı hərbi toqquşmalar bölgəmizdəki sülh və xalqlarımızın rifahı üçün qayğı göstərən hər kəsi çox narahat edir. Bu gün bundan böyük dəyər yoxdur. Bu səbəbdən insan fədakarlığını və vəziyyətin kəskinləşməsini böyük ürək ağrısı ilə izləyirəm. Mənim mövqeyim çox aydındır, ərazi bütövlüyü prinsipinə söykənirəm, yəni Dağlıq Qarabağ Azərbaycan Respublikasının suveren ərazisidir və bu, dəyişməyəcək.

Əlbəttə, eyni zamanda bu bölgədən çıxarılan və hazırda orada da yaşayan hər kəsin öz evlərinə qayıtmaq hüququ var. Onların dinc yaşamaq hüquqları qorunmalıdır. Gürcüstan, Qafqazın üç xalqı arasında qardaşlıq və dostluq münasibətlərinin qurulmasında maraqlıdır. Gələcəyimiz üç Baltikyanı dövlət arasındakı münasibətlər kimi olmalıdır. Xarici qüvvələr bizi ələ keçirməkdə və bizi idarə etməkdə maraqlıdır və biz buna heç bir şəkildə icazə verməməliyik!”,- deyə Saakaşvili qeyd edib.

(qafqazinfo.az)


OXŞAR XƏBƏRLƏR

Kadırov Rusiya DİN rəhbəri ola bilər - KİV

Ramzan Kadırov Rusiya Daxili İşlər Nazirliyinin yeni rəhbəri ola bilər.   Sfera.az bildirir ki, bu barədə Rusiyada fəaliyyət göstərən “Tsarqrad...

Rusiya əməliyyatları gücləndirdi: Ukraynanın bu şəhərini işğal etməyə çalışır 

Rusiya ordusu Ukraynanın Donetsk vilayətinin Baxmut rayonunda yerləşən Çasov Yar şəhərini işğal etməyə çalışır.  Sfera.az UNİAN-a istinadən xəbər veri...

40 vəzifəli şəxs İŞDƏN ÇIXARILDI - RƏSMİ

"Təhsil müəssisələrində monitorinqlər davam edir".   Sfera.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin di...

Ukraynada öldürülən rus əsgərlərinin sayı AÇIQLANDI

Ukrayna müharibəsinin ikinci ilində 27 mindən çox rus əsgəri həlak olub.   Sfera.az bildirir ki, bu barədə “BBC” araşdırma aparıb. &n...

Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir

2020-ci il 10 noyabr üçtərəfli bəyanatına əsasən, Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin nəzərdə tutulan beş ...

"30 min riyaziyyat və xarici dil müəllimi sertifikasiya imtahanı verəcək" - RƏSMİ

"30 min riyaziyyat və xarici dil müəllimi sertifikasiya imtahanı verəcək".   Sfera.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi ...