Dağıstanda qalan azərbaycanlılar gətirildi - FOTO - VİDEO

Dağıstanda qalan azərbaycanlılar gətirildi - FOTO - VİDEO
 Rusiyanın Dağıstan Respublikası ərazində qalan daha 252 Azərbaycan vətəndaşının bu gün ölkəyə qayıtması təmin olunub.

Sfera.az apa-ya istinadən xəbər verir ki, Rusiya ilə sərhəddə vətəndaşlar "Samur" keçid məntəqəsindən ölkəyə daxil olub. Onlar xüsusi ayrılmış avtobuslar vasitəsilə sərhədi keçiblər.
 
Soydaşlarımız Fövqəladə Hallar Nazirliyi tərəfindən Rusiya Federasiyası ilə sərhəddə - Qusar rayonunun ərazisində yerləşən "Samur" sərhəd-keçid məntəqəsinin yaxınlığında yaradılmış qəbul-çeşidləmə məntəqəsinə yerləşdirilib. Onlar ilk olaraq müvafiq tibbi yoxlamadan keçirilib.

Qəbul-çeşidləmə məntəqəsində eyni vaxtda 1200 nəfərin yerləşdirilmədi üçün şərait yaradılıb, sanitar-gigiyenik tələblər tam təmin olunub, qidalanma, gigiyenik vasitələrlə təchizat və s. ilə bağlı bütün lazımi tədbirlər həyata keçirilib.

Sərhəd-keçid məntəqəsində ilkin tibbi müayinədən keçən şəxslərin FHN-in qəbul-çeşidləmə məntəqəsində fəaliyyət göstərən və müvafiq tibbi avadanlıqlarla təchiz edilmiş tibbi briqadaları tərəfindən təkrar müayinəsi və burada karantin rejimində müvəqqəti qalması təmin edilir.

Həmçinin hər hansı şübhəli əlamət aşkar edilən şəxslərin daha dəqiq diaqnoz qoyulması üçün xüsusi ayrılmış müvafiq yerli xəstəxanaya təxliyəsi nəzərdə tutulur.

Dağıstandan Azərbaycana gətirilən Şəmkir rayon sakini Xalid Kazımov deyib ki, 74 gün qonşu ölkədə qalıb: "Vətənə qaytarılmağımızın təmin olunması üçün Azərbaycan Prezidentinə təşəkkür edirəm. İnşallah orda qalan vətəndaşlarımız da qısa müddətdə qayıdar”.

Xədicə Hacıyeva bildirib ki, ölkəyə gəlməmişdən öncə onları siyahıya alıblar, bu gün də Vətənə qayıdıblar: "Bura çatan kimi bizi yeməklə, yataqla təmin etdilər. Hər şeydən razıyıq”.

Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının "N” saylı hərbi hissəsinin tibb xidmətinin rəisi Xəyyam Məmmədov APA -nın yerli müxbirinə bildirib ki, Rusiyadan gətirilən Azərbaycan vətəndaşları 14 gün karantində saxlanılacaq. Onun sözlərinə görə, Azərbaycana gətirilən 252 nəfərdən koronovirusa görə testlər götürülüb: "Hər hansı vətəndaşda COVİD-19 əlaməti aşkar olunarsa, onlar xüsusi ayrılmış tibb müəssisələrinə yerləşdiriləcək”.



OXŞAR XƏBƏRLƏR

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...

Ceyms Bond filmindən ilhamlanaraq dizayn edilib: Dünyanın ilk üzən oteli

Fransız dizayneri tərəfindən hazırlanmış və “Anthenea” adlanan bu otelin dəniz mənzərəsi yoxdur. Otel dənizin özündədir.    Sfera.az...

Türkiyədə ən çox daşınmaz əmlaka ruslar sahib olub - STATİSTİKA

2024-cü ilin mart ayına olan məlumata görə, Rusiya Federasiyası vətəndaşları Türkiyədə satın alınan daşınmaz əmlakın həcminə görə lider olublar. Sfera.az x...

Qadın məktəb direktoru icra başçısının müavini təyin olundu

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısına yeni müavini təyin olunub.   Sfera.az məlumatına görə, Könül Həsənova Nizami Rayon İcra Hakimiyyə...

Tokayev Qazaxıstanda elektron siqareti qadağan etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev səhiyyə məsələləri ilə bağlı qanunvericilikdə veyplərin (elektron siqaretlərin) idxalı, istehsalı, satışı və reklam o...

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırdı

Dünyanın ən böyük nəqliyyat mərkəzlərindən biri olan Dubay Beynəlxalq Hava Limanı aprelin 19-u saat 12:00-dan etibarən təyyarələrin qəbulunu 48 saatlıq məhdudla...