Dağıntılar altında qalanlar var - Partlayışla bağlı açıqlama
Hadisə
19:37 / 25.01.2021
2687
Xəbər verdiyimiz kimi, Xırdalanda 27-ci məhlədə iki mərtəbəli fərdi yaşayış evində partlayış baş verib.
FHN mətbuat katibi Gülçin Mehdiyeva açıqlamasında bildirib ki, dağıntılar altından iki nəfər, biri qadın, biri uşaq olmaqla çıxarılıb. Hər ikisi salmatdır. Hələlik ölüm faktı qeydə alınmayıb. Dağıntılar altında qalanlar var, onların axtarışları davam etdirilir.
Partlayışın dalğasından ətrafdakı bina və avtomobillərə zərər dəyib. (Qafqazinfo)