"Dağ boyda qardaşı ölən bacıyam..." - Tanınmış aparıcıdan ağrı-acı dolu paylaşım

"Dağ boyda qardaşı ölən bacıyam... 5 ildə üzünü 5 ay görmədim, bilərəkdən uzaq oldun hə? Bizi bu gün üçün hazırlayırdın".
 
Sfera.az bildirir ki, bunu aparıcı Vüsalə Əlizadə vəfat edən qardaşı ilə bağlı deyib. O, sosial şəbəkə hesabında qardaşının məzarı başından görüntülər paylaşıb.
 
"Vətən sağ olsun deyirdin, bacın qurban. Neynirəm sənsiz o ulduzları, medalları? Sən ki bu dünyadan heç doymamışdın. Niyə atamla bəhsə girdin? Kimin adı daha çox yaraşacaq qara daşa? Atamın iyini səndən alırdım, başımı sənin sinənə qoyanda dünya çıxsın qarşıma deyirdim. Sən ki vəfasız deyildin, bu qara daşdan sənin qoxun gəlmir. Sənin kimi oxşamır saçımı. Diləyimi sənə əmanət etmişdim, ay vəfasız, sən Rafaelimi mənə etibar etdin? Uca dağım, bir ömürlük ürək dağım oldun", - deyə Əlizadə qeyd edib.

Xatırladaq ki, Vüsalə Əlizadənin qardaşı Əlihüseyn Əlizadə ötən ay yol qəzasında dünyasını dəyişib.

Türkan
Sfera.az
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Sami Yusuf azərbaycanlı məşhurun oğlunu səslədi: "Kənan hardasan?" - VİDEO

Əməkdar artist Təyyar Bayramovun məşhur müğənni Sami Yusufla görüntüsü yayılıb. Sfera.az "manset.az"a istinadən xəbər verir ki, görüntüdə Sami Yusuf əməkd...

Nadir Qafarzadə Azərbaycanı niyə tərk etdi? - Səbəbini açıqladı

Bu gün bəzi  sosial  şəbəkələrdə  müğənni  Nadir Qafarzadənin Azərbaycanı tərk etməsi  ilə  bağlı  xəbərlər  yayılıb.&nb...

19 yaşlı məşhur repçi öldürüldü: Evinin qarşısında güllələnib - FOTOLAR

Məşhur repçi Elinar dünyasını dəyişib.   Sfera.az bildirir ki, İsveçdən olan 19 yaşlı gəncin ölümünə səbəb evinin qarşısında silahlı hücuma məruz qalması...

Sevgi təklifini qəbul etməyən Ebru təhdidlərə məruz qaldı

Məşhur türkiyəli model Ebru Dastan yaşadığı son hadisə ilə gündəmə gəlib.   Sfera.az bildirir ki, model ondan xoşu gələn şəxsin təklifini rədd etdiyinə g...

Türkiyə gələn il də "Eurovision"a qatılmayacaq

2022-ci ildə İtaliyada keçirilməsi planlaşdırılan "Eurovision" mahnı müsabiqəsinin iştirakçıları bəlli olub.   Sfera.az bildirir ki, Türkiyənin sözügedən...

Nadir Qafarzadə Azərbaycanı tərk etdi

Müğənni Nadir Qafarzadə Azərbaycanı tərk edib.   Sfera.az bildirir ki, bu barədə müğənni özü məlumat verib. O, sosial media hesabından paylaşım edərək se...