Üçüncü doza peyvənd hansı ölkələrdə tətbiq ediləcək?

Üçüncü doza peyvənd hansı ölkələrdə tətbiq ediləcək?
Türkiyədə artıq vətəndaşlara üçüncü doza vaksinin vurulma məsələsi gündəmdədir. Bu istiqamətdə müxtəlif fikirlər səsləndirilir, kimisi ehtiyacın olduğunu, kimisi isə tam əksini düşünür.
 
Maraqlıdır, dünya ölkələrində peyvəndin üçüncü dozası ilə bağlı hansı fikirlər var?

Sfera.az bildirir ki, bununla bağlı İngiltərədə artıq bir müddətdir müzakirələr gedir. Koronavirusun müxtəlif ştammları "üçüncü doza” mövzusundakı araşdırmaları sürətləndirib.  Hökumət artıq tədqiqatlar üçün fərqli yaş qruplarından olan 3 minə yaxın könüllüyə vaksinin üçüncü dozasını vurmaq fikrindədir. Soutamfon Universitetinin elm adamları bu istiqamətdə həmin şəxslərə "AstraZeneca”,  "Pfizer”, "Moderna” da daxil olmaqla, 7 fərqli peyvənddən birinin üçüncü dozasını tətbiq edəcək. 

Fransada artıq aprel ayında ciddi şəkildə immunitet çatışmazlığı yaşayan şəxslərə üçüncü dozanın tətbiq ediləcəyi elan edilib. Qeyd olunub ki, bəzi xəstəlikləri olan qruplara "Pfizer”, "BioNTech”, "Moderna” kimi vaksinlərin üçüncü dozası, ikinci dozadan 4 həftə sonra vurulacaq.

Almaniyada Robert Kox adına Alman Viroloji İnstitutunun peyvənd məsələləri üzrə daimi komitəsinin sədri Tomas Mertens yerli mətbuata açıqlamasında gələn il vaksinin üçüncü dozasının tətbiq edilə biləcəyini deyib. 

Birləşmiş Ərəb Əmirliklərində isə, ötən ay Çin vaksinlərindən istifadə edən şəxslərə üçüncü dozanın da vurula biləcəyi ehtimalından söz açılıb. Bundan əvvəl də, immunitet qazana bilməyən bəzi şəxslərə üçüncü dozanın tətbiq ediləcəyi bildirilmişdi. 

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Kim Kardaşyan süni intellektdən oğurluq etməkdə ittiham olunur - FOTO

Erməni əsilli Kim Kardaşyan özünün geyim markası “SKIMS”in reklamında rol alıb. Pərəstişkarları isə Kardaşyanın videonu yaratmaq üçün süni intellekt...

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

Berkli Kaliforniya Universitetinin iqlimşünasları qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nətic...

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...