Cüdoçumuzdan bürünc medal

Cüdoçumuzdan bürünc medal
Türkiyənin Antalya şəhərində cüdo üzrə "Böyük Dəbilqə" yarışına start verilib. 

Sfera.az xəbər verir ki, 93 ölkənin idmançılarının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycanı 13 cüdoçu təmsil edir. Yarışın ilk günü mill komandamız aktivinə bir bürünc medal yazdırıb. Azərbaycan cüdoçusu Nicat Şıxəlizadə 1/16 finalda Çingizxan Saginaliyevi (Qırğızıstan) və 1/8 finalda Dmitri Minkounu (Belarus) mübarizədən kənarlaşdırıb. Sonra idmançımız 1/4 finalda komanda yoldaşı Orxan Səfərovla görüşüb və qarşılaşmadan qalib ayrılıb. Yarımfinalda yapon cüdoçu Abeyə uduzan Nicat 3-cü yer uğrunda qarşılaşmada Fransanı təmsil edən Kilian Le Bloşla üz-üzə gəlib. Rəqibinə qalib gələn Nicat Şıxəlizadə bürünc medal qazanıb.

Qeyd edək ki, "Böyük Dəbilqə"yə aprelin 3-də yekun vurulacaq.


OXŞAR XƏBƏRLƏR

Azərbaycan vətəndaşları minik avtomobilləri ilə Laçına səfər edə BİLƏCƏKLƏR

“Böyük Qayıdış” proqramının tərkib hissəsi olaraq Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərlərinin istiqamətləri genişləndiri...

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan VERƏCƏK

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək. &...

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq EDƏCƏK

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi ilə Qırğız Respublikasının Əmək, Sosial Təminat və Miqrasiya Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb. &...

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri TƏYİN EDİLDİ

"Azərbaycan Dəmir Yolları" QSC artan sərnişin tələbatını nəzərə alaraq Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.   Sfera.az...

“TikTok” ABŞ hökumətinə qarşı hüquqi mübarizəyə başlayır

“TikTok” ABŞ-dəki qadağa qanununa qarşı mübarizə aparacaq.   Sfera.az xəbər verir ki, “TikTok”un baş direktoru Şou Zi Çev söz...

Azərbaycanda YENİ QADAĞA - Bu tarixdən QÜVVƏYƏ MİNƏCƏK 

Mayın 1-dən balıqların kürütökmə dövrü ilə əlaqədar ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir.   Bu barədə Sfera....