Azərbaycan Tokio-2020-də ilk medalını qazandı

Azərbaycan Tokio-2020-də ilk medalını qazandı
Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb.
 

Milliləşdirilmiş ukraynalı idmançı +78 kq çəkidə ilk görüşünü 1/8 finalda Bosniya və Herseqovina cüdoçusu Larisa Tseriçə qarşı keçirib. Rəqibinə ipponla qalib gələn Kindzerska 1/4 finala yüksəlib. Bu mərhələ onun rəqibi Cənubi Koreya idmançısı Mi Jin Han olub. O, bu görüşdə də ipponla qalib gələrək yarımfinala yüksəlib. Bu mərhələdə cüdoçumuz 2019-cu ilin dünya çempionu Akira Sone (Yaponiya) ilə qarşılaşıb və ipponla məğlub olub.

O, üçüncü yer uğrunda yarışıb. İdmançımızın rəqibi çinli Hu Şinyan olub. İdmançımız ipponla qalib gəlib. O, bürünc medala sahib olub. Bu, ölkəmizin Tokio-2020-də ilk medalıdır.

 

OXŞAR XƏBƏRLƏR