Üçtərəfli görüşü “izləyən” heykəl - FOTO

Üçtərəfli görüşü “izləyən” heykəl - FOTO
Ötən gün Prezident İlham Əliyevlə Rusiya dövlət başçısı Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan arasında Moskvada görüş baş tutub.

Sfera.az xəbər verir ki, görüşün keçirildiyi otaqda olan heykəl olduqca diqqət çəkib. Putinin iş otağında olan bu heykəl kimindir? 

İlk əvvəl bildirək ki, bu görüş Senat sarayında, "Oval” zaalda baş tutub. Bina Böyük Yekaterinanın sifarişi ilə Rusiya İmperiyasının əzəməti və aliliyi şərəfinə Matvey Kazakov tərəfindən inşa edilib. 

Saray  "Oval” və "Yekaterina” zallarından ibarətdir və "Oval” zal hazırda Vladimir Putinin iş otağıdır. Orada 4 tarixi şəxsin heykəli mövcuddur. Bu şəxslər I Pyotr, II Yekaterina, I Nikolay və II Aleksandırdır. 
 
Ötən gün çəkilən fotolarda yer alan heykəl isə II Aleksandra məxsusdur. O,  Rusiya imperiyasının XII imperatorudur. II Aleksandr bununla yanaşı III Polşa Çarı və III Finlandiya Knyazı titullarını da daşıyıb. Onun hakimiyyət dövrü Rusiya İmperiyasının Asiya qitəsində öz nüfuzunu gücləndirməsi ilə xarakterizə edilə bilər. 

Qafqaz müharibəsinin ən qızğın dövrü də məhz  II Aleksandrın hakimiyyət illərinə təsadüf edir. Bildirək ki, Qafqaz müharibəsi 1817-ci ildə Qafqaz xalqlarının azadlıq hərəkatı kimi başlayıb və daha sonra Şeyx Şamil tərəfindən rəhbərlik edilən bir daxili müharibəyə çevirilib. 

Müharibə 1864-cü ildə II Aleksandrın hakimiyyəti dövründə Rusiya imperiyasının qələbəsi ilə başa çatıb və hadisələr nəticəsində minlərlə Çərkəz yaşadığı torpaqlardan sürgün edilib. Bundan 17 il sonra, yəni 1881-ci il martın 13-də Sankt-Peterburq şəhərində II Aleksandra sui-qəsd təşkil edilib və bir necə gün sonra sarayda həyatını itirib. 
 
/Yenisabah
 

OXŞAR XƏBƏRLƏR

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...

Ceyms Bond filmindən ilhamlanaraq dizayn edilib: Dünyanın ilk üzən oteli

Fransız dizayneri tərəfindən hazırlanmış və “Anthenea” adlanan bu otelin dəniz mənzərəsi yoxdur. Otel dənizin özündədir.    Sfera.az...

Türkiyədə ən çox daşınmaz əmlaka ruslar sahib olub - STATİSTİKA

2024-cü ilin mart ayına olan məlumata görə, Rusiya Federasiyası vətəndaşları Türkiyədə satın alınan daşınmaz əmlakın həcminə görə lider olublar. Sfera.az x...

Qadın məktəb direktoru icra başçısının müavini təyin olundu

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısına yeni müavini təyin olunub.   Sfera.az məlumatına görə, Könül Həsənova Nizami Rayon İcra Hakimiyyə...

Tokayev Qazaxıstanda elektron siqareti qadağan etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev səhiyyə məsələləri ilə bağlı qanunvericilikdə veyplərin (elektron siqaretlərin) idxalı, istehsalı, satışı və reklam o...

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırdı

Dünyanın ən böyük nəqliyyat mərkəzlərindən biri olan Dubay Beynəlxalq Hava Limanı aprelin 19-u saat 12:00-dan etibarən təyyarələrin qəbulunu 48 saatlıq məhdudla...