Cozef Baydenin andiçməsində Azərbaycanı kim təmsil edəcək?

Cozef Baydenin andiçməsində Azərbaycanı kim təmsil edəcək?
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Birləşmiş Ştatların yeni seçilmiş prezidenti Cozef Baydenin andiçmə mərasimində rəsmi Bakını təmsil edə bilər.

Sfera.az bildirir ki, bunu "Report”un sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

"Mövcud təcrübəyə əsasən, bir qayda olaraq ABŞ prezidentinin andiçmə mərasimində bu ölkədəki diplomatik nümayəndəliklərin rəhbərləri iştirak edirlər. İndiki mərhələdə andiçmə mərasimi ilə bağlı bu təcrübə tətbiq olunacaq”, - o, vurğulayıb.

XİN sözçüsü bildirib ki, hazırda Azərbaycanın mərasimdə iştirakı ilə bağlı konkret dəqiqləşmə yoxdur: "Hazırda vəziyyət elədir ki, bir sıra proseslər gedir: hazırlıq və s. Ancaq yanvarın 20-si dəqiq məlum olacaq. İndiki pandemiya şəraitində ABŞ prezidentinin andiçmə mərasiminin hansı formada keçiriləcəyinə aydınlıq gətirilməlidir”.

Xatırladaq ki, 2020-ci ilin noyabr ayının 3-də ABŞ-da prezident seçkiləri keçirilib. Yekun nəticələrə görə, müxalif Demokratlar Partiyasının namizədi, 79 yaşlı senator Cozef Bayden Respublikaçılar Partiyasının təmsilçisi, hazırkı prezident Donald Trampa qalib gəlib. Yanvarın 20-də C.Bayden prezident kimi and içəcək.


OXŞAR XƏBƏRLƏR

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...