COVID xəstələrində iybilmənin bərpa müddəti məlum oldu

COVID xəstələrində iybilmənin bərpa müddəti məlum oldu
Alimlər COVID-19-a yoluxmuş və sağalan xəstələrdə iybilmə qabiliyyətinin bərpa olunduğu müddəti müəyyən ediblər.

Sfera.az xəbər verir ki, mütəxəssislər Avropanın 18 xəstəxanasında iybilmə qabiliyyətini itirmiş 2,5 mindən çox xəstə üzərində müşahidə aparıb.

Məlum olub ki, COVID-19 xəstələrində iybilmə qabiliyyəti orta hesabla 21,6 günə bərpa olunur.

Bununla belə, xəstələrin təxminən 25 faizi iybilmənin yoluxmadan iki ay keçəndən sonra belə bərpa olunmadığını deyib.
 
(trend)

OXŞAR XƏBƏRLƏR