COVİD pasportla bağlı daha bir ETİRAZ: “Bu, hansı beynin məhsuludur?”

COVİD pasportla bağlı daha bir ETİRAZ: “Bu, hansı beynin məhsuludur?”
"Kafe və restoranlarda tələb olunan COVİD pasport məsələsinin çox absurd və məntiqsiz tərəfləri var”.
 
Sfera.az bildirir ki, bunu REAL partiyasının icraçı katibi Natiq Cəfərli deyib. Onun sözlərinə görə, kafe və restoranlarda ümumi istifadə üçün olan zallarda pasport tələb edilə bilər:

"Amma 3 saatdır eyni maşında yol gələn və ayrıca, heç bir kənar şəxslərin olmadığı kabinetlərdə oturmağı qadağan etmək hansı məntiqin, hansı beynin məhsuludur?!  Məsələn, eyni ailədən olanlardan tək birində COVİD pasport yoxdursa, onlar niyə kabinetdə yemək yeyə bilməzlər?! Ümumi zala buraxma, toya buraxma, çox sayda insanın eyni anda olduğu məkanlara buraxma - bunu anladıq, amma qeyd etdiyim məsələnin izahı nədir? Bunun virusla mübarizəyə nə dəxli var? Niyə onsuz da zülm çəkən xidmət sektorunu çökdürürsüz ki?”.

N.Cəfərli qeyd edib ki, Bakıda və regionlarda ayrıca kabinetləri olan minlərlə restoranlar, kafelər var və onlar müştərilərdən məhrum olmamalıdırlar: 
 
"Həm də deyirlər ki, vaksinləşmə virusdan qorumur. Vaksinləşən insan da yoluxa, yoluxdura bilər, simptompsuz daşıyıcı ola bilər. Yaxşı, bunu elm deyirsə, o COVİD pasportun nə önəmi var? Qapalı və ümumi istifadə üçün olan məkanlarda o kağızı istəyin, amma ayrıca kabinetlərdə bu qərarın tətbiqi məntiqsiz və mənasızdır”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

"Azərbaycana gələn turistlərin sayı artıb" - Deputat 

Azərbaycana gələn turistlərin sayı bu ilin ilk rübündə 39.2 faiz artaraq 513,5 minə çatıb.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı V...

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri KEÇİRİLİR - VİDEO/FOTO

2024-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunda hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanması məqsədilə keçirilən təlimlər dav...

Polis paytaxtda ƏMƏLİYYAT KEÇİRDİ: Saxlanılanlar var - FOTO

Paytaxtda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıblar.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. ...

Azərbaycan vətəndaşları minik avtomobilləri ilə Laçına səfər edə BİLƏCƏKLƏR

“Böyük Qayıdış” proqramının tərkib hissəsi olaraq Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərlərinin istiqamətləri genişləndiri...

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan VERƏCƏK

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək. &...

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq EDƏCƏK

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi ilə Qırğız Respublikasının Əmək, Sosial Təminat və Miqrasiya Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb. &...