“COVID-19” xəstəsi qonşusunun həyətində tutuldu

“COVID-19” xəstəsi qonşusunun həyətində tutuldu
Saatlıda yaşadığı ünvanı tərk edən "COVID-19” xəstəsinin yeri müəyyən edilib və barəsində araşdırmalara başlanılıb.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sfera.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən rayon ərazisində koronavirus testi müsbət çıxmış şəxslərin yaşadığı ünvanı tərk edib-etməməsi yoxlanılıb.

Bu zaman bir nəfər rayon sakini olan K. Sadıqovun  karantin qaydalarına zidd davranaraq evini tərk etdiyi və qonşuluqda yaşayan sakinlərin evinin həyətinə daxil olaraq xəstəliyin yayılmasına real təhlükə yaratdığı müəyyən edilib. Həmin şəxsin qanunazidd hərəkətlərinin qarşısı alınıb və müalicəsinin davam etdirmək üçün yenidən yaşadığı ünvana gətirilib. 

Saatlı RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR

Beynəlxalq Çin Dili Günüdür

Aprelin 20-si Beynəlxalq Çin Dili Günüdür.   Sfera.az xəbər verir ki, Beynəlxalq Çin Dili Günü BMT-nin İctimai İnformasiya Departamentinin təklifi əsas...

Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı TAPŞIRIQ VERDİ

Müdafiə naziri Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını verib.   Sfera.az-ın məlumatı...

Xankəndidə xeyli silah-sursat AŞKARLANDI

Xankəndidə xeyli silah-sursat aşkarlanıb.   Sfera.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə...

Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə GÖRÜŞDÜ - FOTO/VİDEO

Quru Qoşunlarının qərargahında Aprelin 20-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.   Bu barədə ...

Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ ETDİ

Ermənistanın və bir sıra digər xarici ölkələrin media resurslarında Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı hərbi məqsədlərlə istifadə edilməsi haqqında mən...

TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı AÇIQLAMA: "Həkiməqədər..."

"Əməkdar artist Cavanşir Məmmədovla bağlı bu gün saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub".  ...