COVID-19-un hansı ştamları daha təhlükəlidir?

COVID-19-un hansı ştamları daha təhlükəlidir?
Ümumdünya Səhiyyə Təşkilatının koronavirusun yeni ştamlarının yüksək yoluxuculuq qabiliyyətinə malik olması və artıq bir çox dünya ölkələrində sürətlə yayılması ilə bağlı açıqlaması COVID-19 təhlükəsinin qarşıdakı aylarda da davam edəcəyini göstərir.
 
Sfera.az xəbər verir ki, Media Təhlil Mərkəzi tərəfindən mövzu ilə əlaqədar olaraq sorğu keçirilib.

Sorğuda iştirak edən 800 respondentin 47%-ni qadınlar, 53%-ni kişilər təşkil edib. Nəticələr göstərir ki, respondentlərin 54,3%-i koronavirusa yoluxmaqdan ehtiyat edir. Virusa yoluxmaqdan qorxmayanlar sorğu iştirakçılarının 25,4%-ni təşkil etsə də, respondentlərin 15,9%-i artıq virusa yoluxduğunu, 4,4%-i isə cavab verməkdə çətinlik çəkdiyini bildirib.

Bir neçə variant seçmək hüququna malik olan respondentlər "COVID-19 virusunun hansı ştamları daha təhlükəlidir?” sualına aşağıdakı kimi cavab veriblər:

Sars-Cov-2 – 6,1%;

Alfa (Britaniya) – 5,1%;

Delta (Hindistan) – 14,4%;

Delta+ – 14,6%;

Hamısı – 56%;

Heç biri – 24,4%.

Koronavirus pandemiyasının insanları hansı təhlükə və çətinliklərlə üz-üzə qoyduğunu öyrənmək məqsədilə verilən sualın cavabında respondentlərin 8,4%-i ərzağa və dərman vasitələrinə daha çox vəsait ayırdığını, 17,1%-i gəlirinin azaldığını bildirib. Cavab verənlərin 8,1%-i yaxınını itirdiyini, 3%-i iş yerindən ayrıldığını, 7,6%-i yığdığı pulları xərclədiyini, 47%-i planlarının təxirə düşdüyünü qeyd edib. Sorğu iştirakçılarının 8,8%-i üçün pandemiyanın heç bir təhlükəsi olmayıb.

Respondentlərin vaksinasiya prosesinə münasibətinə gəlincə, sorğu iştirakçılarının 51,5%-i artıq peyvənd olunduğunu, 13,1%-i qısa müddətdə vaksinasiya olunacağını qeyd edib. Cavab verənlərin 18,3%-i yalnız iş və ya səyahət üçün məcbur qaldığı halda peyvənd olunacağını, 11,1%-i bu barədə düşünmədiyini, 6%-i isə bütün növ peyvəndlərə qarşı olduğunu vurğulayıb.

Sonuncu sualla respondentlərin 59%-i üçün koronavirusun ciddi təhlükə olduğunu, 41%-i üçün isə o qədər də təhlükəli olmadığını müəyyənləşdirmək olub.// "Report"


OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası KEÇİRİLDİ - YENİLƏNDİ - FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan və Qırğızıstan D...

"WhatsApp"dan hamını sevindirəcək YENİLİK: Artıq internet olmadan... + FOTO

“WhatsApp” internet olmadan istifadə edilə biləcək.   Sfera.az “WABetaInfo”ya istinadən xəbər verir ki, istifadəçilər interne...

Məhkəmə Ələsgər Məmmədli barədə qərar QƏBUL ETDİ

Bakı şəhərinin Xətai Rayon Məhkəməsində “Toplum TV” işi üzrə həbs edilən Ələsgər Məmmədli barədə qərar qəbul olunub.   Sfera.az xəbər ver...

Azərbaycan - Rusiya əməkdaşlığı üçüncü tərəfə qarşı yönəlməyib - Millət vəkili yazır…

Bir neçə gün öncə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya işgüzar səfəri bir çox ölkələrin, o cümlədən Ermənistanın mediasında geniş şərh olundu. Əslində ...

Prezidentdən Allahverən İsmayılov ilə bağlı SƏRƏNCAM

Allahverən İsmayılov “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.   Sfera.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərə...

Bank BTB-də nə baş verir? Rəhbər işçilər bir-bir bankı tərk edir

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir.    Sfera.az xəbər verir ki, “Yeni Sabah”ın məlumatına görə, bu dəf...