\"COVID-19-un artıq tam olaraq geridə qaldığını düşünmək yanlışdır\" - Tibb elmləri doktoru

\
"İstər bir çox inkişaf etmiş Avropa ölkələrində, istərsə də Azərbaycanda effektiv peyvəndlərlə peyvəndləmə faizi hələ etibarlı səviyyədə deyil”.
 
Sfera.az bildirir ki, bunu Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının şöbə müdiri, tibb elmləri doktoru Nuran Abdullayev deyib. O qeyd edib ki, təəssüf doğuran məqam hər kəsin COVID-19-un artıq tam olaraq geridə qaldığını düşünməyidir:
"Müxtəlif ölkələrdə təklif edilən peyvəndləmədə insanların iştirakı baxımından hiss edilən durğunlaşmalar arzu olunan deyil. Hər ölkədə fərqli qaydaların olması və onların tətbiqi narahat edicidir. Bu gün təkcə cəmiyyətlərdə deyil, eləcə də siyasi arenada koronanın "yorğunluğu” hiss edilir. COVID-19 üzərində buster effektin rolu haqqında 4,6 milyon insanın peyvəndləmədən sonrakı vəziyyətini incələyərək artıq danışmaq olar. Tədqiqatın nəticələri onu göstərir ki, buster dozanı alan şəxslər arasında yoluxma digər onu almayan qrupla müqayisədə təxminən 10 dəfə aşağı olub. Xəstəliyin ağır forması isə 19-20 dəfə aşağı olub. COVID-19-a görə ölüm halları 60 yaşdan yuxarı olan şəxslərdə olub ki, bu da buster doza alan qrupda 14 dəfə az olub”.

Mütəxəssisin sözlərinə görə, unutmaq olmaz ki, burada buster doza "BNT162b2” peyvəndi ilə aparılır və bunu qəbul edən şəxslərin böyük əksəriyyətinə də daha öncədən Biontech/Pfizer peyvəndi vurulub:

""Sinovacla” bağlı, yəni daha öncə "Sinovac” vurdurub buster olaraq Biontech/Pfizer peyvəndi almaq konsepti ilə əlaqədar isə mənim istinad edəcəyim elə bir ciddi elmi tədqiqat nəticəsi hələ yoxdur. Son elmi tədqiqat göstərir ki, effektiv peyvənd olan şəxsin digər effektiv peyvənd olan şəxsi yoluxdurması elmi olaraq çox az ehtimal edilir.

Azərbaycanda peyvəndin tətbiqi zamanı vacib olan amillərdən biri də valideynlərin maksimum şəkildə maarifləndirilməsidir. Həkimlər elmi əsaslı şəkildə valideynlərə peyvənddən sonra yarana biləcək simptomları izah etməlidirlər. Tövsiyə edərdim ki, valideynlər sağlam övladlarının müasir elmin qeyd etdiyi normalar çərçivəsində aktiv şəkildə peyvəndləmədə iştirakına icazə versinlər”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

Dünyanın aparıcı maliyyə jurnallarından biri olan “Global Finance” 2024-cü il İnnovasiya mükafatları çərçivəsində Kapital Bank-ın süni intellekt inn...

"Barça" doğma meydana qayıdır, amma... - QƏRAR

"Barselona" "Kamp Nou"ya qayıdır.   Sfera.az bildirir ki, artıq İspaniya klubunun Direktorlar şurası bu barədə qərar qəbul edib....

Almaniya millisi baş məşqçi ilə MÜQAVİLƏNİ TƏZƏLƏDİ: "2027-ci ilədək..."

Almaniya millisinin baş məşqçisi Julian Nagelsmann ilə müqavilənin müddəti uzadılıb.   Sfera.az bildirir ki, bu barədə Almaniya Futbol Assosiasiyasın...

“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO

“McDonald's Azərbaycan” şirkətinin qida sənayesinin ən müasir tələblərinə cavab verən 24-cü restoranı aprelin 19-da Bakı şəhərində açılıb. &n...

İsrail, yoxsa İran? - Hansı ölkənin ordusu daha güclüdür? - ARAŞDIRMA

İsrailin İrana hücumundan sonra ən çox maraq doğuran mövzulardan biri də hər iki ölkənin müdafiə potensialı ilə bağlı olub.   Maraqlıdır, hansı ölkən...

Azərbaycan və Yaponiya arasında turizm əlaqələri MÜZAKİRƏ OLUNDU

Azərbaycan və Yaponiya arasında turizm əlaqələrinin inkişaf etdirilməsi və əməkdaşlıq imkanları müzakirə olunub.   Sfera.az Dövlət Turizm Agentliyinə...