COVID-19-un ağır keçməsinin yeni səbəbi aşkarlandı

COVID-19-un ağır keçməsinin yeni səbəbi aşkarlandı
ABŞ-dan olan alimlər nazofarenksdən (udlağın burun hissəsi) alınan analizlər əsasında koronavirus infeksiyasının gedişatının ağırlığını proqnozlaşdırmağın yeni yolunu tapıblar.

Sfera.az xəbər verir ki, tədqiqat "Cell” jurnalında dərc olunub.

Boston Uşaq Xəstəxanasının əməkdaşları Massaçusets Texnologiya İnstitutu və Mississippi Universitetinin Tibb Mərkəzinin mütəxəssisləri ilə birlikdə koronavirusa yoluxmuş 35 xəstənin burnundan götürülmüş yaxmaları araşdırıblar. Alimlərin fikrincə, nazofarenksdən götürülən analizlər qan nümunələrini araşdırmaqdan daha effektivdir.

Araşdırma müəllifləri burun və boğazdakı epitel hüceyrələrinin SARS-CoV-2-yə yoluxma zamanı ciddi dəyişikliklərə məruz qaldıqlarını aşkar ediblər. Belə ki, COVID-19-un yüngül və orta dərəcədə ağır formalarını keçirən xəstələrdə bu hüceyrələrdə antiviral reaksiyaya cavabdeh olan genlər, xüsusən də I tip interferonla stimullaşdırılanlar aktivləşib.

Xəstəliyin ağır formasını keçirən insanlarda isə epitel hüceyrələrinin interferona zəif reaksiyası səbəbindən antiviral reaksiyalar, əksinə, çox zəif olub. Onların yaxmalarında iltihab reaksiyalarını gücləndirən çox sayda makrofaq və digər immun hüceyrələr aşkar edilib.

Tədqiqatçılardan biri olan Xose Ordovas-Montaneysin sözlərinə görə, immunitet sisteminin fəaliyyətinin tənzimlənməsinə kömək edən interferona qarşı pozulmuş reaksiya insanları həm koronavirusa, həm də digər infeksiyalara qarşı daha həssas edir.

İndi alimlər bu reaksiyanın səbəbini öyrənməyi, eləcə də bunu burun spreyi və ya damcısı ilə gücləndirməyin mümkün olub-olmadığını anlamağı planlaşdırırlar.

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Canlı yayımda professordan dəhşətli ETİRAF: 1 və 6 aylıq körpələrə qızılca vaksini əvəzinə COVID-19 peyvəndi vurulub

Ege Universitetinin Tibb fakültəsinin müəllimi, prof. dr. Zafer Kurugöl canlı yayımda 1 və 6 aylıq körpələrə koronavirusa qarşı peyvənd vurulduğunu açıqlayıb.&n...

"Buzlu şüşə" görüntüsü COVID-19-a yoluxduğunuz mənasına gəlmir - Səhiyyə Nazirliyi AÇIQLADI

"KT (Kompüter Tomoqrafiya) müayinəsi zamanı əldə edilən buzlu şüşə görüntüsü yalnız COVID-19 infeksiya mənşəli pnevmoniyalarda əmələ gəlmir".   Sfera.az ...

Uşaqların koronavirus, yaxud qrip olduğunu necə bilmək olar? - Əzələ ağrısı, dəridə problem varsa...

COVID-19 virusu bütün yaş qruplarına təsir etdiyi kimi uşaqlarda da rast gəlinir. Sfera.az xəbər verir ki, xüsusilə ənənəvi təhsilin başlaması ilə koro...

Məşhur professordan valideynlərə müraciət: "Övladınıza vaksin vurdurmaqdan qorxmayın"

Türkiyədə ənənəvi təhsilin bərpası ilə əlaqədar 12-15 yaşlı yeniyetmələrin vaksinasiyasına başlanılıb. Sfera.az "Posta"ya istinadən xəbər verir ki, Ege Un...

“BioNTech”in yaradıcısı: "Bu il uşaqlara vaksin vurula bilər"

"İmmuniteti zəif olan insanlara koronavirus əleyhinə üçüncü doza vaksin vurulması mütləqdir”. Sfera.az xəbər verir ki, bunu COVID-19-a qarşı "BioNTech” va...

Professor peyvənddən sonra ağırlaşmaların səbəbini açıqladı: "Buna əməl olunmasa..."

"Peyvənd bütün hallarda müvafiq infeksiyanın orqanizmdə "nisbi xəstələnmə modelini” yaradır. İstənilən halda, peyvənddən sonra inyeksiya yerində ağrının olması,...