\"Covid-19\" testi yenidən mənfi olarsa...

\
Covid-19-a yoluxub, sağalsanız da virusa yenidən yoluxma ehtimalınız ola bilər. Çünki yoluxmadan sonra müəyyən vaxt lazımdır ki, orqanizim əvvəlki vəziyyətinə qayıtsın. İmmun sistemini təmin etmək və orqanizmi möhkəm saxlamaq üçün isə vitaminlərlə bol təbii qidalara üstünlük verilməlidir. Bunların bəziləri var ki, həddən artıq vitamin ehtiva edir. Bun görə də qida mütəxəssisləri məhs onların istehlak edilməsini tövsiyyə edirlər.
 
Sfera.az xarici mətbuata istinadən, Covid-19-dan sağaldıqdan sonra orqanizimin immunitetini möhkəmləndirən 5 əsas vasitəni təqdim edir:

1.Nar
Nar, mövsümü meyvələr arasında yüksək antioksidan gücünə sahibdir. Tərkibindəki polifenollar sayəsində hüceyrə zədələnmələrini aradan qaldırır. Bundan əlavə, xəstəlik zamanı meydana gələn iltihabı azaltmağa kömək edir. Narı yarıya bölüb salatlarınıza əlavə edə, yaxud da günortadan sonra qəlyanaltı olaraq istehlak edə bilərsiniz. Əgər kimyoterapiya müalicəsi alırsınızsa, nar yemək tövsiyyə edilmir.

2.Sitruss meyvələri
SitrusS meyvələri limon, portağal və naringi C vitamini ilə zəngin olduğu üçün mütləq istehlak edilməlidir. Bu meyvələrin antioksidan tərkibi immunitet sisteminizi gücləndirir. Bundan başqa onların tərkibindəki hesperidin və apigenin kimi flavonoidlər beyin sağlamlığını qoruyur və sinir sistemi pozğunluqlarının qarşısını alır. Hər gün 1 ədəd portağal istehlak etsəniz, əlavə vitaminlərə ehtiyac olmadan gündəlik C vitamini ehtiyacınızı qarşılaya bilərsiniz.

3.Yumurta
Yumurta keyfiyyətli protein mənbəyi, eyni zamanda ehtiyacımız olan bütün amin turşularını bəxş edən edən bir qidadır. Yumurta Covid-19-a yoluxub sağaldıqdan sonra hüceyrələrə dəyən zərərini bərpa etmək üçün artan protein ehtiyacınızı dəstəkləyir. Ürək sağlamlığınızı qoruyur. Yumurtanı səhər yeməyində qaynadılmış şəkildə, günorta yeməyinizdə isə omlet formasında istehlak edə bilərsiniz.

4.Balıq
Balıq keyfiyyətli protein olması səbəbindən gündəlik qida rasiyonuna daxil edilməsi lazım olan yeməkdir. Yod, zülal və sağlam yağ tərkibi ilə bədən üçün çox faydalıdır. Həftədə bir dəfə istehlak edəcəyiniz balıq insult və infarkt riskini azaldır. Burada ən mühüm məqam isə balığın bişirilmə üsuludur. Qızartma prosesi balığın yağ tərkibini artırır, sağlam qida tərkibini azaldır. Balığı bişirərkən qaynama üsulundan daha çox istifadə edilməldir.

5.Bal
Təbii olarsa, bal çox qiymətli antioksidan bəxş edən qidadır. Xəstəlik zamanı öskürək əlamətlərini azaldır və yuxu rejimini yaxşılaşdırır. Covid-19-dan sağaldıqdan sonra hələ də öskürək əlamətləri varsa, gündə 1 çay qaşığı bal istehlak edə bilərsiniz. Qəbul edərkən, mümkün qədər çox işlənməməsi və yüksək temperatura məruz qalmaması lazımdır. Lakin,1 yaşdan kiçik körpələrə bal verimək tövsiyyə edilmir.

Mütəxəssislər insanları, Covid-19 nəticələri yenidən neqativ olduğu halda bunlarla qidalanmaqla yanaşı, aşağıdakı əsas qaydalara da riyət etməyə çağırır:

-Balanslı şəkildə qidalanmaq
-Yetərli miqdarda protein istehlak etmək
-Bol su qəbul etmək
-Şəkərli, qazlı içkilərdən və qablaşdırılmış hazır qidalardan çəkinmək

OXŞAR XƏBƏRLƏR

Xankəndidə tapdığı silahları polisə verməyən şəxs tutuldu

Xankəndi şəhərində odlu döyüş silahı, süngü-bıçaq və sursatlar gizlədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq tutulub.   DİN-in Mətbuat ...

"Laçın" məntəqəsinin qurulmasının ildönümü qeyd edildi

Aprel ayının 23-də "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin qurulması, bununla da Azərbaycan Respublikası dövlət sərhədlərinin tam bərpası ta...

Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO

Azərbaycanda taksi şirkətlərindən olan "Uklon" fəaliyyətini dayandırıb.   Sfera.az xəbər verir ki, şirkət tərəfindən bununla bağlı həm...

DİN-dən Anastasiya ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, bir müddət öncə Bakının Yasamal rayonu ərazisində birgə yaşadıqları evdə ərinin yetirdiyi xəsarət nəticəsində bir gözünü itirmiş&nbs...

Türkiyə millisinin üzvü Fransada yenə qarət olundu

Türkiyə millisinin və Fransanın “Lill” komandasının futbolçusu Yusif Yazıcı xoşagəlməz hadisə ilə üzləşib.   Sfera.az xəbər verir ki, 27 ...

Azərbaycana qarşı soyuq müharibə başladıblar - Prezident

Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük. Biz cavab tədbirləri görürük.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan...