2 mindən çox şəxs toya buraxılmadı - COVID-19 pasportu olmadığına görə
11:12 / 27.07.2021
369
Ötən gün 2 218 nəfər COVID-19 pasportu olmadığına görə toy şənliklərinə buraxılmayıb.
Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, iyulun 26-da DİN, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 190 toy şənliyinin monitorinqini həyata keçirib.