COVİD-19 necə yayılıb: Yarasa yoxsa, laboratoriya... – Çinli həkimin açıqlaması ÜST-ü hərəkətə gətirdi

COVİD-19 necə yayılıb: Yarasa yoxsa, laboratoriya... – Çinli həkimin açıqlaması ÜST-ü hərəkətə gətirdi
COVID-19-un bioloji silah olması məsələsi hələ də gündəm mövzusudur. Ötən gün bu iddia ilə Uhanda Çinin ÜST-ün missiyası ilə işləmiş mütəxəssislər qrupunun rəhbəri Lyan Vannyan çıxış edib. Bunun ardınca ÜST nümayənədələri yenidən açıqlama verərək bildiriblər ki, COVID-19-un laborotoriya şəraitində yaradılması reallığa uyğun deyil.
 
Lakin Çin və digər ölkələrdən olan aparıcı mütəxəssislər hələ də öz fikirlərində qalararaq virusun məqsədli şəkildə yaradıldığını və yayıldığını bildirir.

Maraqlıdır, artıq bir ildən çoxdur ki, bütün dünyanı cənginə alan COVID-19 doğurdan da məqsədli şəkildə yayılıb? Yoxsa ehtimallar əsassızdır?

Məsələ ilə bağlı Sfera.az-a danışan Azərbaycan Tibb Universitetinin İnfeksion xəstəliklər kafedrasının dosenti İlham Bayramov virusun yayılması ilə bağlı ehtimalların müxtəlif ola biləcəyini bildirib:
 
"Mən məsələnin siyasi tərəfini, yəni virusun məqsədli olaraq çoxaldıldığını deyə bilmərəm. Lakin artıq bir ildən çoxdur ki, virusla mübarizə aparırıq və xəstəlik həqiqətən də təhlükəlidir. Virusun heyvanlardan yayılma ehtimalı daha çoxdur. Çünki xəstəlik ilkin olaraq yarasalarda müşahidə edilib".
 
İnfeksionist həmçinin virusun laborotoriya şəraitində yaradılma ehtimalının da real ola biləcəyini qeyd edib: "Hazırda bütün dünya üzrə laboratoriya şəraitində heyvanlar üzərində təcrübələr aparılır, sınaqlar keçirilir. Bu baxımdan virusların da laborotoriya şəraitində yaradılma ehtimalı ola bilər. Amma dediyim ki, mən bunun siyasi tərəfinə yəni, bioloji silah olmasına hər hansı təkzib ya təsdiq cavab verə bilmərəm".

Qeyd edək ki, COVID-19-un laborotoriya şəraitində yaradılması ilə bağlı dünya mütəxəsəssisləri dəfələrlə müxtəlif ehtimallar irəli sürüb. Bəzi mütəxəssislərin fikrincə virus SPİD əleyhinə vaksin yaratmaq istəyərkən formalaşıb.
 
Digər ehtimal isə virusun bilərəkdən yayılmasıdır. Ancaq bu zaman üstünlük Çinin öz laboratoryalarında sızıntının olmasına verilir. Mümkündür ki, virusun özü mutasiyaya məruz qalıb, genetikası dəyişib və yayılma xüsusiyyəti artıb.
 
Sfera.az
Əzizə Zeynal
 
 

OXŞAR XƏBƏRLƏR

Həyat uğrunda mübarizə aparmaq əvəzinə Evtanaziyanı seçmək

Həyat həmişə xoş sürprizlərdən ibarət olmur. Ağrı, kədər, hətta ölüm də yaşadığımız bu həyatın bir hissəsidir.   Sağlam olduğumuz müddətcə, hər şeyin...

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti t...

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...

Suiti öz şəhərinə qayıtmaq üçün 200 km üzüb - VİDEO

Təhlükəsizliyinə görə Kanadada ucqar bir çimərliyə köçürülən 200 kq çəkisi olan suiti doğma şəhərinə qayıtmaq üçün təxminən 200 km üzüb. Bu qədər məsafəni qət e...

Hollivud insanları aldadır: Alimlər narazıdırlar

“Oppenheimer” filmi və onun uğurları, eləcə də elmi nailiyyətləri əks etdirən digər filmlər müasir dövrdə artan tendensiyanın göstəricisidir. Elm, x...

Oğlunun Baliyə getməsinə görə vəzifədən uzaqlaşdırıldı

Permin keçmiş meri İlya Demkinin oğlu Cənubi Amerika və İndoneziyanı gəzib.   Sfera.az bildirir ki, sosial şəbəkələrdə İlyanın dəbdəbəli həyatı və ge...