“COVİD-19 əbədiyyətə qovuşur\" - Azərbaycanlı professor koronavirusun bitəcəyi tarixi açıqladı

“COVİD-19 əbədiyyətə qovuşur\
"COVİD-19 artıq əbədiyyətə qovuşur. Onun dəfn tarixi 30 dekabr 2021-ci il, yəni ilk dəfə bu infeksiya haqqında verilən məlumatın 2-ci ilinin tamam olduğu gündür”.

Sfera.az-ın məlumatına görə, bunu tibb elmləri doktoru, professor Musa Qəniyev deyib. O bildirib ki, infeksiyalara yoluxaraq sağalmış insanlarda əmələ gələn təbii immunitet daha dözümlü,  spesifik, fəaldır və orqanizmdə uzunmüddətə saxlanılır, nəinki,  peyvəndləmədən sonra yaranan immunitet:

"Bir sıra tədqiqatçılar bu antitellərin identik olduğunu, hətta peyvəndləmədə yaranan immunitetin daha güclü və dözümlü olduğunu söyləsələr də, əslində bu söyləntilər təbliğat məqsədi daşıyır. Çünki, bunun COVİD-19-a  aidiyyətini təsdiq edəcək, heç bir elmi məlumat yoxdur. Xəstəlik və ya peyvənddən sonra əmələ gələn qoruyucu, yəni virusu neytrallaşdıran antitellər 2 həftədən sonra azalmağa başlayır, lakin qanda təqribən 8-10 aya yaxın bir müddətə qədər saxlanılır. Odur ki, bu antitellərin titrinin azalması, hətta tamamilə itməsi halında belə, narahatlığa heç bir əsas yoxdur. Çünki, orqanizmdə xüsusi immun hüceyrələr- limfositlər, ilkin qarşılaşdığı virus serotipinin sürət əksi gen yaddaşına yazılmış spesifik antitellər sintez edir ki, bu hüceyrələr "yaddaş kartını” demək olar, insan ölənə qədər saxlayır”.

Mütəxəssis qeyd edib ki,  istər xəstələndikdən, istərsə də peyvənd aldıqdan sonra, bəzi şəxslərdə hətta antitellər əmələ gəlməyə bilər:
"Burada da qeyri-adi bir şey yoxdur və insanlar qorxub stressə düşməməlidir ki, təkrar xəstələnə bilərəm. Çünki qoruyucu antitellərin həmin şəxslərdə əmələ gəlməməsi bəzi insanlarda yalnız genetik faktorla bağlı irsi bir hal - "peyvəndə qarşı inertliklə” əlaqədardır. Bu cür insanları hətta obrazlı şəkildə "genom quruluşu tərkib paklığını qoruyan xoşbəxt insanlar" adlandırırlar. Belə ki, çox məhdud sayda olan belə insanların immun sistemi fərdi spesifiklikliyə malik olduğundan nəinki, peyvənddən, hətta COVİD-19-un ağır klinik formasını keçirib sağaldıqdan sonra belə, onlarda antitellər yaransa da, saxlanılmır. Buna baxmayaraq, həmin şəxslər də, bu infeksiyaya qarşı qoruyuculuq qazanırlar”.

M.Qəniyev bildirib ki, hazırlanma texnologiyasından asılı olmayaraq, bütün vaksinlər sublimatdır: 

"Bu halda yaranan immunitet, təbii yolla yaranan immunitetdən daha fəal və daha aktiv ola bilməz”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Mexikoda helikopter QƏZASI - Ölənlər var

Meksikada şəxsi helikopter qəzaya uğrayıb. Qəza nəticəsində pilot da daxil olmaqla 3 nəfər ölüb.   Sfera.az xəbər verir ki, bu barədə Anadolu Agentli...

Kamran Əliyev Sabunçuda vətəndaşları qəbul edəcək

Baş prokuror Kamran Əliyev paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat ver...

Röya oğlunun Aygün Kazımovaya qarşı etdiyi hərəkətdən DANIŞDI: "Bunların nəslindən..."

Xalq artisti Röya Ayxan həmkarı Aygün Kazımovanın hesabı oğurlananda oğlu Hüseynin bu barədə paylaşım etməsindən danışıb.   Sfera.az olay.az-a istina...

Prezident Şirvan suvarma kanalının təməlini QOYDU

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoyub və çıxış edib. ...

Prezident Şirvan suvarma kanalının təməlini QOYDU

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoyub və çıxış edib. ...

Prezident Şirvan suvarma kanalının təməlini QOYDU

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoyub və çıxış edib. ...