COVID-19-a qarşı iksir tapdığını iddia edən şaman koronavirusdan öldü - Naziri müalicə etmişdi

COVID-19-a qarşı iksir tapdığını iddia edən şaman koronavirusdan öldü - Naziri müalicə etmişdi
Şri Lankada koronavirusa qarşı iksir kəşf etdiyini iddia edən şaman vəfat edib.
 
Sfera.az bildirir ki, Eliyanta Uayt adlı şamanın ölümünə səbəb COVİD-19 olub.  48 yaşlı Uayt ötən həftələrdə xəstəxanaya yerləşdirilsə də, həyatını qurtarmaq mümkün olmayıb. 

Onun ölümü ilə bağlı vaxtilə müalicə etdiyi Şri Lankanın Baş naziri Mahinda Rajapaksa da başsağlığı verib. "Qoyduğu miras ömür boyu yaşayacaq. O, müxtəlif xəstəlikləri müalicə etdi", - deyə nazir paylaşımında qeyd edib.

Xatırladaq ki, Eliyanta kəşf etdiyi iksiri yuxusunda gördüyünü demişdi. O iddia edirdi ki, sözügedən iksir çaylara tökülsə, Şri Lankada, o cümlədən Hindistanda pandemiya bitəcək.

Qeyd edək ki, Uayt Hindistanda bir çox tanınmış idmançıları müalicə edəndən sonra məşhurlaşıb. Lakin səhiyyə mütəxəssisləri onun müalicə üsullarının şübhəli olduğu fikrində idi. 

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR