Co Bayden Putinlə nə vaxt görüşəcəyini AÇIQLADI
11:17 / 08.05.2021
2112
ABŞ prezidenti Co Bayden iyun ayında Avropa səfəri çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyindən əmin olduğunu bildirib.
Sfera.az xəbər verir ki, Bayden bu məsələyə Ağ Evdə jurnalistlərin suallarını cavablayarkən aydınlıq gətirib.
ABŞ prezidenti iyun ayında Londona və Brüsselə edəcəyi səfər zamanı Putinlə xüsusi görüşünün olub-olmayacağı barədə suala belə cavab verib:
"Görüşün baş tutacağına əminəm. Lakin görüşün yeri və saatı hələ dəqiq deyil. Bu məsələ üzərində işlənilir".
Rusiyanın Ukrayna sərhədində hərbi qüvvələrini toplaması məsələsinə toxunan C. Bayden bu vəziyyətin onun Putinlə görüş istəyinə təsir etmədiyini bildirib:
"Rusiya hərbi qüvvələrinin bir qismini sərhəddən kənarlaşdırmağa başladı. Hazırda ərazidə bir ay bundan əvvələ nisbətdən daha az hərbi qüvvə var”.
Əzizə Zeynal
Sfera.az