Co Bayden bunu edəcəkmi? – Ağ Evin Bakı ilə bağlı QARA PLANI

Co Bayden bunu edəcəkmi? – Ağ Evin Bakı ilə bağlı QARA PLANI
"Co Bayden "907-ci düzəliş”in bərpasına razılıq verəcəksə ABŞ-ın Cənubi Qafqazdakı mövqeləri ciddi şəkildə sarsılacaq”.

Bu sözləri Sfera.az-a açıqlamasında ABŞ-ın 100-dən artıq konqresmeninin Prezident Co Baydendən Azərbaycana yönəlik "907-ci düzəliş”in yenidən qüvvəyə minməsini tələb etməsinə toxunarkən politoloq Natiq Miri deyib:
 
"Prezident Co Bayden ABŞ-ın geosiyasi maraqlarını nəzərə alacaqsa "907-ci düzəliş”in yenidən qüvvəyə minməsinə razılıq verməyəcək. Qarabağın bərpası və gələcək taleyilə bağlı siyasi prosesdə də ABŞ birbaşa rol ala bilmir. Hazırda bölgəmizdə əsas aktiv ölkə rolunda Rusiya ilə Türkiyə çıxış edir. Bu qərar isə ABŞ-ın regiondakı nüfuzunu daha da sarsıdar”.
 
Həmsöhbətimzin fikrincə, Ağ Evin "907-ci düzəlişi” yenidən qüvvəyə mindirməsi faktiki olaraq Azərbaycanı Rusiyaya tərəf itələyəcək:"Bundan başqa ABŞ-ın NATO üzrə müttəfiqi Türkiyə ilə münasibətlərinə də növbəti dəfə ciddi xələl gələcək. Bu da öz növbəsində Vaşinqtonun Cənubi Qafqazdakı mövqelərini ciddi şəkildə sarsıdacaq.  Fikrimcə, Bayden bu xüsusları nəzərə almalıdır. Əks təqdirdə, ölkələrimiz arasındakı münasibətlərə ciddi zərbə dəyəcək”.

N. Miri düşünür ki, Azərbaycan bununla bağlı ciddi lobbi fəaliyyətinə keçməlidir: "Buna ölkəmizin imkanı çatır. Azərbaycanla İsrail arasında isti əlaqə və münasibətlər qurulub. ABŞ-ın yəhudi lobbi təşkilatı ilə də Aərbaycanın ciddi əlaqələri mövcuddur.  Bu əlaqələrdən istifadə edib, Konqresin hər iki palatasına təsir etmək mümkündür”.

Elçin
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

NATO-nun baş katibi Polşada nüvə silahının peyda olması ehtimalını rədd etdi

NATO öz nüvə qüvvələrinin konfiqurasiyasını və Polşa ərazisində müvafiq silahlar yerləşdirməyi planlaşdırmır. Sfera.az TASS-a istinadən xəbər verir ki, bu ...

Günü-gündən cavanlaşan milyonçu sirlərindən birini paylaşdı 

Hər il cavanlaşmaq üçün milyonlarla dollar xərcləyən amerikalı İT milyarderi Brayan Conson sirlərindən birini paylaşıb. Bu barədə o, YouTube-dakı son videoların...

“Azərreyl” çempion oldu

Qadın voleybolçulardan ibarət komandaların mübarizə apardığı Azərbaycan Yüksək Liqasında bu gün cari mövsümün final oyunu keçirilib.   Sfera.az xəbər...

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Prezident İlham Əliyevin ukraynalı həmkarı Vladimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfr...

Xankəndidə doğulan körpəyə Prezidentin adı verildi

Xankəndidə doğulan ilk körpəyə Ali Baş Komandanın adı verilib.   Sfera.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında yeni doğulan körpənin atası...

Bakı-Quba yolunda ağır qəza: Yük avtomobili aşdı - VİDEO

Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yer alıb.   Belə ki...