“Clubhouse”da müğənninin səsini təqlid etdilər - Məhkəməyə verəcək

“Clubhouse”da müğənninin səsini təqlid etdilər - Məhkəməyə verəcək
Türkiyəli müğənni Hadisə son dövrün populyar sosial media platforması olan "Clubhouse”a görə məhkəməyə müraciət edəcək.

Sfera.az xəbər verir ki, ifaçı bu barədə özünün "Instagram" hesabında məlumat paylaşıb.
 
O bildirib ki, bir nəfər "Clubhouse”da onun adından istifadə edərək hesab açıb. Belə ki, həmin şəxs Hadisə adı ilə insanlarla danışıb, ifaçının səsini təqlid edib, hətta mahnı da oxuyub:

"Dünən heç olmadığım bir platforma olan "Clubhouse”da mənim adıma açılan bir hesabda bir nəfər səsimi təqlid edib və insanlarla mənim kimi danışıb, söhbət edib, hətta mahnı oxuyub. Bu gün mövzu ilə əlaqədar məhkəmə araşdırmalarına başlayacağımızın bilinməsini istəyirəm”.

Aysel
Sfera.az

OXŞAR XƏBƏRLƏR