“CityNet” internet provayderindən şikayət var

“CityNet” internet provayderindən şikayət var

"CityNet” internet provayderi ilə bağlı şikayət var.


Sfera.az-ın məlumatına görə, Murad Akifsoy adlı istifadəçi sosial şəbəkədəki payıaşımında sözügedən internet xidmətininin yarıtmaz fəaliyyətindən gileylənir:


"Şikayətim "CityNet” internet provayderindəndir. Haradasa 8 aydır işlədirəm. Heç bir problem yox idi. Amma son iki gündə şəbəkə zəifləmişdi. Bu gün isə səhərdən ümumiyyətlə qoşulmaq olmur. 2 dəfə zəng vurmuşam, hər dəfə düz 10 dəqiqə gözləmişəm. Götürmədilər. Deyə bilərlər ki, texniki nasazlıq olub. Amma həmin saatlarda Müştəri Xidmətləri daha gərgin çalışmalıdır. Ödənişə 5 gün qalmış məlumat verə bilirlərsə, bu haqda da məlumat verməli idilər. Doğrusu, məlumat verməklə də problemi həll olunmur. Müştərilərinə belə etinasız münasibət göstərməklə özlərini hörmətdən, gözdən salırlar sadəcə."


OXŞAR XƏBƏRLƏR