Cinslərdəki balaca cibin mənası nədir? - FOTO

Cinslərdəki balaca cibin mənası nədir? - FOTO

Hamı bilir ki, cins şalvarlarda sağ tərəfdə, ön hissədəki böyük cibin altında xırdaca cib yerləşir. Onu hansı səbəbdən qoyublar və yaxud onun təyinatı barədə nə bilirsiniz? Bu barədə bəzi fikirlər irəli sürülüb. Gəlin birlikdə onlara baxaq və həqiqətə daha yaxın olanını seçək.

Sfera.az exobaku.com-a istinadən bildirir ki, belə ciblər ilk dəfə 1873-cü ildə Levi cinslərində tətbiq olunub.

1. Saat üçün

Əvvələr kişilər saatlarını qollarına bağlamaz, əllərində gəzdirərdilər. Ona görə də zəncirli saatalarını saxlamaq üçün onlara xüsusi cib lazım olub.

2. Kapsullar üçün

Cins geyinən kovboylar üçün bu cib saatdan da vacib olan kapsulları saxlamaq vəzifəsini daşıyıb. Daim silah gəzdirən kovboylar bu cibdə kapsullarını rahatlqıla gəzdiriblər.

3. Qızıl saxlamaq üçün

Bəziləri iddia edirlər ki, belə ciblər "Qızıl həyəcanı əsri"ndə (Qızıl həyəcanı - Amerika Birləşmiş Ştatları və Avstraliyada XIX əsrdən etibarən, yerli əhalinin anidən varlanmaq səbəbi ilə qərbə üz tutması nəticəsində yaranmış kütləvi hərakat) yaranıb. Qızılaxtaranlar tapdıqları xəzinəni ona asanlıqla yerləşdiriblər.

4. Pul kisəsi əvəzi

Əvvələr pul indikindən daha dəyərli olub. Ona görə də xırda cibə yerləşə bilən qədər manat və qəpiklər yığıblar.

5. Alışqanı qoymaq üçün

Cibin ölçüsü bunu deməyə əsas verir ki, bu elə alışqanlar üçün nəzərdə tutulub. Demək olar ki, əksər kişilər istifadə etdikləri alışqanın itməməsi üçün onu ən kiçik ciblərində gəzdiriblər.

6. Ən romantik olmayan variant

Cinslərin fəhlə paltarları olduğunu nəzərə alsaq, bəlkə də buna haqq qazandırmaq olar. Fəhlələr xırda detal və alətləri bu cibdə saxlayıblar.


OXŞAR XƏBƏRLƏR

Türkiyə XİN: "Azərbaycanla Ermənistan arasında əldə olunan razılıq sülh sazişinə mühüm töhfədir"

Azərbaycan və Ermənistan sərhəd komissiyaları arasında əldə olunan razılıq sülh sazişi üçün mühüm töhfədir.   Sfera.az xəbər verir ki, bu barədə Türk...

""Abrams"lar 500 dollarlıq dronların qarşısında acizdir" - "New York Times”

Pilotsuz uçuş aparatları (dron) müasir müharibənin təbiətində əsaslı dəyişikliyə səbəb olur.  Sfera.az xəbər verir ki, bunu Hudson İnstitutunun hərbi ...

Almaniya XİN Azərbaycanla Ermənistan arasında razılaşmanı ALQIŞLADI

Azərbaycan və Ermənistan arasında 1991-ci il Alma-Ata Bəyannaməsi üzrə sərhədin demarkasiyasına dair razılaşma sülh sazişi ilə bağlı əsas maneəni aradan qaldırı...

Ceyhun Bayramov Seyid Abbas Musəvi ilə GÖRÜŞDÜ

Xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvini diplomatik fəaliyyətinin baş...

PKK terror təşkilatının Almaniya üzrə məsul şəxsi İstanbulda SAXLANILDI

PKK/KCK terror təşkilatının rəhbər şəxslərindən biri olan Mürsel Durmaz İstanbulda saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin &...

Qaribaşvili: "Gürcüstan hakimiyyəti xarici agentlər haqqında qanuna yenidən baxa bilər"

Gürcüstan hakimiyyəti ölkənin Avropa İttifaqına qəbul olunacağı təqdirdə xarici agentlər haqqında qanunu ləğv edə və ya ona yenidən baxa bilər.   Sfe...