Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb

Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb
 

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 35 cinayətin üstü "isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunmuşdur.Axtarışda olduğuna görə ümumilikdə 74 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 57 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 23, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb.


OXŞAR XƏBƏRLƏR