“Chevron”un 5,5 milyard dollarlıq maliyyə itkisi 2019-cu ildəki mənfəətini üstələyir
15:31 / 06.07.2021
1767
ABŞ-ın üçüncü ən böyük neft-qaz şirkəti "Chevron Corporation” 2020-ci ilə dair maliyyə hesabatını açıqlayıb.
Sfera.az-ın şirkətin mediaya təqdim etdiyi hesabata əsasən verdiyi məlumata görə, şirkət ötən il 5,5 milyard dollar maliyyə itkisi ilə üzləşib.
Neft-qaz sektorunu analiz edən mütəxəssislərin fikrincə, bu, şirkətin 2016-cı ildə yaşadığı böhrandan bəri ilk ağır maliyyə itkisidir.
Eyni zamanda əlavə edilib ki, "Chevron”un ABŞ-dakı əsas rəqibi "Exxon Mobil” 2020-ci ili daha böyük həcmdə zərərlə başa vurub.
Xatırladaq ki, COVID-19 pandemiyasının sektora vurduğu ağır zərbədən sonra iki şirkətin birləşməsi məsələsi gündəmə gəlmiş, bu məqsədlə "Chevron” və "Exxon Mobil”in icraçı direktorları arasında görüşün baş tutduğu bildirilmişdi.