Ceyhun Osmanlı Prezident Adminstrasiyasına dəvət edildi - NƏLƏR DANIŞILIB?
Daha bir siyasi lider görüş və fikir mübadiləsi üçün Prezident Adminstrasiyasına dəvət edilib.
Sfera.az-ın məlumatına görə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunverici hakimiyyətlə iş üzrə şöbə müdiri Ədalət Vəliyevin təşəbbüsü ilə Azərbaycan Yaşıllar Hərəkatının rəhbəri Ceyhun Osmanlı Prezident Admistrasiyasında olub.
Baş tutmuş görüş haqda məlumat verən Ceyhun Osmanlı bunları bildirib:
"Təşəbbüslərimiz, planlarımız, gələcək layihələr barədə düşüncələrimiz dinlənildi. Görüşün ruhunda hakimiyyət tərəfindən səmimi dialoq və əməkdaşlıq mesajı hiss etdim. Davamlı olmasını və dialoq mühitinin cəmiyyətimizin hər bir təbəqəsini əhatə etməsini arzu edirəm”.
Məlumat üçün bildirək ki, anoloji görüş təklifləri Real Partiyasının lideri İlqar Məmmədov və Müsavat başqanı Arif Hacılıya da göndərilib.