Ceyhun Osmanlı EU Political Report portalına Ermənistanın son təcavüz aktından yazıb

Ceyhun Osmanlı EU Political Report portalına Ermənistanın son təcavüz aktından yazıb

Mərkəzi Brüsseldə yerləşərək Avropa Birliyinin qərarverici şəxslərinin iqtisadi-siyasi sahədə hesabatlar və xəbərləri yayımlayan nüfuzlu EU Political Report portalında Ceyhun Osmanlının məqaləsi çıxıb.


"Ermənilərin Tovuzun sərhəd zonasındakı addımları Avropanın enerji təhlükəsizliyinə və geosiyasi sabitliyə təhdiddir” başlıqlı məqalə ermənilərin Tovuz döyüşləri ilə bağlı beynəlxalq ictimaiyyəti çaşdırmağa yönəlmiş tezislərinə cavab olaraq yayımlanıb. Məqalədə deyilir:


"Keçən həftə Brüsseldəki erməni diasporunun etirazları Azərbaycan səfirliyinə öncədən hazırlanmışhücumla nəticələndi. Bənzər hadisələr dünyanın hər yerində əlaqələndirilmiş terror kampaniyası kimi təşkil edildi. Redaksiyamızın qonaq müxbiri Dr. Ceyhun Osmanlının fikrincə, bu münaqişə nəzarətdən çıxmağa davam edərsə, Avropa üçün təhlükələr yarada bilər.


İyulun 12-də Ermənistan-Azərbaycan sərhədində yerləşən Tovuz rayonuna hücum etmək üçün erməni silahlı qüvvələri ağır artilleriya atəşindən istifadə etdikdə Qafqaz regionu son bir neçə ildə ən ağır hərbi əməliyyatlara şahidlik etdi.


Hücumlar 12 azərbaycanlının o cümlədən 75 yaşlı bir mülki şəxsin ölümü, 4 nəfərin yaralanması və Azərbaycanın sərhəd kəndlərinə və təsərrüfatlarına ciddi ziyan dəyməsi ilə nəticələndi.


1993-cü ildən bəri Ermənistan BMT, ATƏT, Avropa Şurası və Avropa Parlamentinin erməni qoşunlarının Azərbaycan ərazisindən dərhal çıxarılması barədə çağırışlarına baxmayaraq Dağlıq Qarabağ və ətrafdakı 7 rayonda Azərbaycan ərazilərinin 20 faizinin işğalına davam edir. Son hücumlar isə Ermənistanın beynəlxalq hüquqa tabe olmaq niyyətində olmadığını, eyni zamanda, ATƏT-in Minsk Qrupunun nəzarəti altında sülh danışıqlarına əsasən münaqişə zonasından uzaq olan Azərbaycanın şimal-qərbində də ərazi iddiası olduğunu nümayiş etdirir.


Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağla bağlı münaqişənin sülh yolu ilə həlli vədini verərək hakimiyyətə gəlsə də, nəticədə özünün xarici siyasət məsələlərində sərt qarşı çıxdığı Qarabağ klanının sıralarına qoşulması oldu. Görünməmiş bir səhiyyə və iqtisadi böhranla, həmçinin, pandemiya dövründə pis idarəçiliyə görə geniş ictimai tənqidlə qarşılaşan Paşinyan hökuməti əvvəlcə demokratik prinsipləri pozaraq müxalifəti sıxışdırdı. İndi isə görünən odur ki, Ermənistanın müdafiə naziri Davit Tonoyanın sözləri ilə desək, Azərbaycanla münasibətlərin gərginləşməsi və "yeni üstünlük mövqeləri”ni siyasi instrument olaraq ortaya atmaq daxili narazılıqları susdurmağa hesablanıb.


Tovuzdakı son hücumlar Ermənistanın ABŞ, Rusiya və Fransanın həmsədrlik etdiyi sülh danışıqları səylərinə qeyri-konstruktiv münasibətindən əlavə, Qafqaz bölgəsindəki vəziyyətin daha da qızğınlaşması üçün şərait yaradılması deməkdir. Hazırkı Ermənistan rəhbərliyi nəinki ATƏT-in prinsipial şəkildə razılaşdırılmış sazişinə riayət etməkdən imtina etdi, hətta sülh danışıqlarının sıfırdan başlamasını istədi.


Tovuzda münaqişənin təhrikçiləri barədə saxta xəbərlər yaymaqla, Ermənistan münaqişəyə əslində özünün başladığını, Dağlıq Qarabağ münaqişəsində 30 000-dən çox insanın ölümü və 1 milyon Azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə səbəb olduğunu dünya ictimaiyyətinin diqqətindən yayındırmağa çalışır. Millətimiz bütün qadın və uşaqlar da daxil olmaqla, bütün kəndin etnik təmizlənməyə məruz qaldığı başqa bir Xocalı qətliamına tab gətirə bilməz.


İndi Ermənistan açıq şəkildə Tovuz rayonunda stabilliyi pozmaqla iqtisadiyyatımızın həyat xəttini kəsməyə çalışır. Rayon yalnız Azərbaycan üçün deyil, eyni zamanda Avropa üçün də strateji əhəmiyyətə malikdir, çünki həm Azərbaycanla Gürcüstanı, oradan da Türkiyə və Avropaya enerji və nəqliyyat əlaqəsini təmin edir. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu və qərbə aparan əsas magistral yolu kimi böyük infrastruktur layihələri Tovuz rayonu ərazisindən keçir. Bu strateji əlaqələri kəsməklə Ermənistan Azərbaycanın milli maraqlarına ziyan vurmaqla yanaşı, gələcəkdə Avropanın enerji şaxələndirilməsi baxımından vacib olan TANAP və TAP layihələrinin maneəsiz fəaliyyətinə mane ola bilər. Azərbaycan infrastrukturunun dağıdılması Ermənistanın çoxdankı hədəfi idi, onun keçmiş müdafiə naziri Seyran Ohanyan 2014-cü ildə Azərbaycanı Mingəçevir Su Elektrik Stansiyasını vuracağı ilə hədələmişdi. Mövcud vəziyyət ölkəmiz üçün re-təhlükə yaradır və laqeyd yanaşıla bilməz.


200 minə yaxın Azərbaycan vətəndaşı son hadisələrdən sonra Dağlıq Qarabağın geri qaytarılmasını tələb etmək üçün küçələrə axışdı. Hücumdan sonrakıbir həftə ərzində Azərbaycan ordusuna 50 min nəfərdən çox yeni könüllü yazıldı.


Hər iki tərəf danışıqlar masasına qaytarılmasa və Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətini dayandırmaq üçün beynəlxalq təzyiq göstərilməsə, ölkəmiz çoxdan gözlənilən ədalətə qovuşa bilməyəcək.


Dünya birliyi Ermənistanı beynəlxalq öhdəliklərini yerinə yetirməyə və BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı 822, 853, 874 və 884 saylı qətnamələrinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünə hörmət etməyə məcbur etməlidir. ABŞ Konqresinin iyulun 21-də Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovanın işğal edilmiş ərazilərindən didərgin düşmüş və öldürülmüş insanlara dair düzəliş qəbul etməsi təqdirəlayiqdir, lakin beynəlxalq ictimaiyyət sərhəd və insan haqları pozuntuları kimi taleyüklü məsələlərdə daha sərt mövqe tutmalıdır.


Əks təqdirdə, bölgə son zamanlar dünyanın digər yerlərində olduğu kimi, əsas regional aktorları geosiyasi ziddiyyətlərə cəlb etməkləgeniş müharibəyə şahidlik edə bilər. İndi söz yox, hərəkət vaxtıdır, hərəkətsizliyin dəyəri həddən artıq yüksək ola bilər. Məsələ təkcə Azərbaycanın gələcəyini deyil, həm də Avropanın enerji təhlükəsizliyini və geosiyasi sabitliyini təmin etməkdir”.

 

//www.eupoliticalreport.eu/armenian-actions-in-tovuz-border-district-threaten-european-energy-security-and-geopolitical-stability/?fbclid=IwAR0lVkQ4GSBgWIkCT4f0MXq1uMDho3ANAFJcqILMoG_kI9TeX3N8buB0mDo


OXŞAR XƏBƏRLƏR

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...

Ceyms Bond filmindən ilhamlanaraq dizayn edilib: Dünyanın ilk üzən oteli

Fransız dizayneri tərəfindən hazırlanmış və “Anthenea” adlanan bu otelin dəniz mənzərəsi yoxdur. Otel dənizin özündədir.    Sfera.az...

Türkiyədə ən çox daşınmaz əmlaka ruslar sahib olub - STATİSTİKA

2024-cü ilin mart ayına olan məlumata görə, Rusiya Federasiyası vətəndaşları Türkiyədə satın alınan daşınmaz əmlakın həcminə görə lider olublar. Sfera.az x...

Qadın məktəb direktoru icra başçısının müavini təyin olundu

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısına yeni müavini təyin olunub.   Sfera.az məlumatına görə, Könül Həsənova Nizami Rayon İcra Hakimiyyə...