Ceyhun Osmanlı Azərbaycan Yaşıllar Hərəkatı yaradır

Ceyhun Osmanlı Azərbaycan Yaşıllar Hərəkatı yaradır
 

Azərbaycan Yaşıllar Hərəkatı (Azerbaijan Green Movement) təsis olunur.

Sabiq millət vəkili Ceyhun Osmanlı  bildirib ki, hazırlıq işlərinin aparılması ilə bağlı artıq təşkilat komitəsi yaradılıb.

"Yaşıllar deyəndə, bəzən ağla ilk olaraq ekologiya və təbiətin mühafizəsi gəlir. Lakin bunlarla yanaşı, yaşıl iqtisadiyyat, insan hüquq və azadlıqları, gənclərə dəstək, məşğulluq məsələləri, gender bərabərliyinin qorunması, iştirakçı demokratiya kimi məsələlər də Yaşılların fəaliyyət sahələrinə aiddir”, - deyə C. Osmanlı qeyd edib.

O, bildirib ki, ölkədə gedən yeni islahatlar konsepsiyasının uğurla icrasına və yeni dünya nizamında Azərbaycanın mövqelərinin möhkəmlənməsinə yönələn kursa töhfə vermək Hərəkatın əsas məramlarındandır.

"Avropa Yaşıllar Hərəkatı və Qlobal Yaşıllar Hərəkatı ilə əməkdaşlıq da qarşıda duran planlar sırasındadır”, - deyə C. Osmanlı qeyd edib. (APA)


OXŞAR XƏBƏRLƏR

Son dəqiqə! Müdafiə Nazirliyi daha bir video yaydı

Düşmənin aktiv döyüş fəaliyyətinin qarşısının alınması məqsədilə görülən cəza tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinə məxsus döyüş texnikası bölmə...

Azərbaycanda daha 543 nəfərdə COVID-19 aşkarlandı, 6 nəfər vəfat etdi

 Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 543 yeni yoluxma faktı qeydə alınıb, 510 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. ...

2019-cu il dövlət büdcəsinin icrası haqqında qanun təsdiqləndi

 Prezident İlham Əliyev "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında" qanunu imzalayıb. Sfera.az xəbər verir ki, sənədə ə...

Diaspora fəalımız Hollandiyadan Şəhid Generalla bağlı xatirələrini paylaşdı - Problemlərdən danışmağa çəkinmə

Hazırda Niderlandın Rotterdam şəhərində yaşayan və orda fəaliyyət göstərən Azərbaycan diasporunun fəal üzvlərindən olan Ramazan Səmədov özünün şəxsi facebook sə...

Xınalığa leysan yağıb - FAKTİKİ HAVA

 Milli Hidrometeorologiya Xidməti faktiki havanı açıqlayıb. Xidmətdən Sfera.az-a verilən məlumata görə, Xınalıq kəndi yaxınlığında Qudyal çayı qidala...

BNA "BakıKart”la bağlı yaranmış problemi həll edib

 Sərt karantin rejimi çərçivəsində metro stansiyalarının fəaliyyətinin dayandırılması ilə sərnişinlərin "BakıKart”ın balansını artırmasında müəyyən çətinli...