Ceyhun Musaoğlunun deputatlığa namizədlik hüquqları bərpa edildi

Ceyhun Musaoğlunun deputatlığa namizədlik hüquqları bərpa edildi
"Bu hadisəni şəffaf, obyektiv seçki prosesinin təntənəsi adlandırırıam”

2020-ci il Milli Məclisə keçiriələcək növbədənkənar parlament seçkisində 45-saylı Abşeron seçki dairəsindən deputatlığa namizəd tanınmış jurnalist Musayev Ceyhun Musa oğlu (Ceyhun Musaoğlu) barəsində Dairə Seçki Komissiyasının 31 dekabr 2019-cu ildə tarixli qərarı 5 yanvar 2020-ci il tarixində Mərkəzi Seçki Komissiyası tərəfindən ləğv olunub. 

Sfera.az xəbər verir ki, bu barədə namizədin seçki qərargahı məlumat yayıb.

Məlumatda Ceyhun Musaoğlunun DSK tərəfindən namizədliyinin qeydə alınmasından imtina edilməsinə etiraz olaraq MSK-a müraciət ünvanladığı vurğulanır. Seçki sənədlərini DSK-ya təqdim edərkən yoxlama zamanı yaşanan bəzi anlaşılmazıqlara yol açmış nüanslar qanunvericiliyin tələblərinə uyğun olaraq, gətirilən dəlillər əsasında MSK üzvləri tərəfindən yekdilliklə qəbul olunub.

Bununla da Musayev Ceyhun Musa oğlunun 45 saylı Abşeron seçki dairəsindən namizədliyi qeydə alınıb. Yayılan məlumatda namizədin fikirləri də yer alıb:

"Şəxsən özümün və seçicilərimin adından Mərkəzi Seçki Komissiyasının rəhbərliyinə, üzvlərinə ümumiyyətlə bütün əməkdaşlarına bir namizədə göstərdikləri diqqətə, qanuni münasibətə, demokratik yanaşmaya görə dərin minnətdarlığımı bildirir, bu hadisəni şəffaf, obyektiv seçki prosesinin təntənəsi adlandırıram. Biz bu yola çıxanda məqsədimiz cənab Prezidentin və hörmətli Birinci - vitse prezidentin rəhbərlik etdiyi dövlətdə yaşanan mübarək islahatlara dəstək vermək idi. MSK-nın sərgilədiyi münasibətdən sonra məqsədimiz daha da möhkəmlənib və əbədi xarakter alıb. Hər zaman olduğu kimi parlament seçkisi ərəfəsində bütün addımlarımızla dövlətin, dövlətçiliyin yanında olacağıq, Azərbaycanda keçirilən demokratik seçki prosesinin beynəlxalq aləmə çatdırılması istiqamətində bir jurnalist kimi peşəkarcasına, sevgimizlə xidmət göstərəcəyik”.

OXŞAR XƏBƏRLƏR

Türkiyə XİN: "Azərbaycanla Ermənistan arasında əldə olunan razılıq sülh sazişinə mühüm töhfədir"

Azərbaycan və Ermənistan sərhəd komissiyaları arasında əldə olunan razılıq sülh sazişi üçün mühüm töhfədir.   Sfera.az xəbər verir ki, bu barədə Türk...

""Abrams"lar 500 dollarlıq dronların qarşısında acizdir" - "New York Times”

Pilotsuz uçuş aparatları (dron) müasir müharibənin təbiətində əsaslı dəyişikliyə səbəb olur.  Sfera.az xəbər verir ki, bunu Hudson İnstitutunun hərbi ...

Almaniya XİN Azərbaycanla Ermənistan arasında razılaşmanı ALQIŞLADI

Azərbaycan və Ermənistan arasında 1991-ci il Alma-Ata Bəyannaməsi üzrə sərhədin demarkasiyasına dair razılaşma sülh sazişi ilə bağlı əsas maneəni aradan qaldırı...

Cavanşir Məmmədovla vida mərasimi KEÇİRİLİR

Əməkdar artist Cavanşir Məmmədovla vida mərasimi keçirilir.   Sfera.az xəbər verir ki, mərhum sənətçi ilə vida mərasimi evində baş tutub.   ...

Ceyhun Bayramov Seyid Abbas Musəvi ilə GÖRÜŞDÜ

Xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvini diplomatik fəaliyyətinin baş...

PKK terror təşkilatının Almaniya üzrə məsul şəxsi İstanbulda SAXLANILDI

PKK/KCK terror təşkilatının rəhbər şəxslərindən biri olan Mürsel Durmaz İstanbulda saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin &...