No Image
No Image
No Image

Ceyhun Bayramovla Sergey Lavrov arasında telefon danışığı baş tutub

Ceyhun Bayramovla Sergey Lavrov arasında telefon danışığı baş tutub
 Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Bu barədə Sfera.az-a Xarici İşlər Nazirliyindən bildirilib.

Rusiya Xarici İşlər naziri Sergey Lavrov bölgədə baş verən gərginlik ilə bağlı narahatlığını ifadə edib və atəşkəsə nail olunmasının vacibliyini bildirib. O, gərginliyin aradan qaldırılması üçün Rusiyanın həm milli qismdə, həm də Minsk Qrupunun digər həmsədr ölkələri ilə birgə vasitəçilik səylərini təklif edib.

Nazir Ceyhun Bayramov, öz növbəsində bölgədə baş verən gərginliyin əsas səbəbkarının Ermənistan tərəfi olduğunu qeyd edib. Nazir, cari ilin 27 sentyabr tarixindən etibarən Azərbaycan Ordusunun təmas xətti boyunca Ermənistan silahlı qüvvələrinin Azərbaycan mövqelərinə qarşı yeni təcavüz aktına cavab olaraq özünü müdafiə hüququ çərçivəsində və mülki əhalini müdafiə etmək məqsədilə əks-həmlələr həyata keçirdiyini vurğulayıb. Nazir Ceyhun Bayramov Azərbaycanlı mülki şəxsləri və obyektləri məqsədyönlü şəkildə hədəfə alan Ermənistan tərəfinin beynəlxalq hüququn fundamental norma və prinsiplərini, o cümlədən beynəlxalq humanitar hüququ kobudcasına pozaraq dinc əhalini artilleriya atəşinə tutduğunu və Azərbaycanın mülki əhalisi arasında itkilərin olduğu qarşı tərəfin diqqətinə çatdırıb.

OXŞAR XƏBƏRLƏR

“İrəvan bu tarixdə təslim olacaq” - AÇIQLAMA

Ermənistan rəhbərliyi gələn həftə təslim olaraq danışaqlara gedəcək. Sfera.az xəbər verir ki, bu ehtimalla çıxış edən siyasi şərhçi Zaur Məmmədov fikrini ...

Türkiyə MN: Ermənistan terrorçuları və muzdluları geri qaytarmalıdır

Türkiyə Milli Müdafiə Nazirliyi Qarabağdakı son vəziyyətlə bağlı açıqlama verib. Sfera.az bu barədə "Haber Global”a istinadən xəbər verir.   Bildir...

“Azərbaycandan çox geri qalmışıq” - Düşməndən daha bir etiraf

Bir neçə gün əvvəl Azərbaycan ordusunu fövqəldövlətlərlə müqayisə edən Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Artsrun Ovannisyan ölkəsinin məğlub ...

“Noyabra qədər Azərbaycan torpaqlarının böyük bir hissəsini azad edəcək” - Rusiyalı politoloq

Dağlıq Qarabağda hərbi əməliyyatlar davam edir. Rusiyalı politoloq Aleksandr Karavayevin fikrincə, noyabrın 1-nə qədər Azərbaycan torpaqlarının böyük bir hissəs...

Çili mətbuatında Kəlbəcərdə soydaşlarımızın yaşadıqları faciədən bəhs edilib

Çili mediasında Qarabağ hadisələri zamanı doğma yurdundan çıxmağa məcbur olmuş həmvətinimizin ailəsinin faciəli hekayəsindən bəhs edən məqalə dərc olunub. ...

Türkiyə Müdafiə Nazirliyi: Ermənistan Azərbaycan torpaqlarının qanunsuz işğalına son qoymalıdır

 "Sülh və sabitliyin əldə edilməsi üçün Ermənistan terrorçuları və muzdlu əsgərləri geri göndərməlidir”. Sfera.az xəbər verir ki, bu barədə Türkiyə M...