Ceyhun Bayramovdan ölkə gənclərinə təbrik
18:52 / 05.12.2021
2475
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkə gənclərini 5 dekabr Beynəlxalq Könüllülər Günü münasibətilə təbrik edib.
Sfera.az xəbər verir ki, XİN rəhbəri bu barədə özünün tviterdəki hesabında paylaşım edib.
"5 dekabr - Beynəlxalq Könüllülər Günündə Azərbaycanın davamlı inkişafına töhfə verən bütün könüllülərimizi təbrik edir, xeyirxah və nəcib fəaliyyətlərində onlara yeni uğurlar arzulayıram", - deyə nazir sosial şəbəkə hesabında yazıb.