Ceyhun Bayramovdan Müstəqilliyin Bərpası Günü ilə bağlı PAYLAŞIM
09:20 / 18.10.2021
544
Xarici İşlər naziri Ceyhun Bayramov Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə tvitter hesabında paylaşım edib.
Sfera.az-ın məlumatına görə, paylaşımda deyilir:
"30 il bundan öncə, 18 Oktyabr tarixində, Azərbaycan öz müstəqilliyini bərpa etdi. Bu il 44 günlük Zəfər salnaməsinin ildönümü ilə üst-üstə düşən Müstəqilliyin Bərpası Günü münasibətilə bütün həmvətənləri ürəkdən təbrik edirəm.
Yaşasın müstəqil Azərbaycan!"