No Image
No Image
No Image

Ceyhun Bayramov videokonfrans formatında Nazirlər Görüşünə qatılıb

Ceyhun Bayramov videokonfrans formatında Nazirlər Görüşünə qatılıb
 Sentyabrın 23-də Xarici İşlər naziri Ceyhun Bayramov Açıq Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin videokonfrans formatında keçirilən illik Nazirlər Görüşündə iştirak edib.

XİN-dən Sfera.az-a verilən məlumata görə, Açıq Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr qrupuna sədrlik edən Qazaxıstanın təşəbbüsü ilə "COVID-19 dövründə Vyana Fəaliyyət Proqramının sürətləndirilmiş şəkildə həyata keçirilməsi və Açıq Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrdə davamlı inkişafa nail olmaq üçün tərəfdaşlıq” mövzusunda keçirilən bu görüşün açılış sessiyasında Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdi, BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti Volkan Bozkır və BMT-nin Baş katibi Antonio Quterreş çıxış ediblər. Tədbirin ümumi müzakirələrində 28 ölkə və beynəlxalq təşkilatın nümayəndəsi iştirak etmişdir.

C.Bayramov COVID-19 ilə mübarizə çərçivəsində Azərbaycan tərəfindən həyata keçirilən tədbirlər, eləcə də bu xüsusda qlobal müstəvidə səylərin gücləndirilməsi üçün Azərbaycanın verdiyi töhfə barədə tədbir iştirakçılarına məlumat verib. Pandemiya zamanı Azərbaycanın regional əməkdaşlığa mühüm əhəmiyyət verərək təchizat axınını dayandırmadığı vurğulanıb.

Nazir tərəfindən Azərbaycanın bölgədaxili və bölgələrarası nəqliyyat əlaqələndirmə layihələri, o cümlədən Avrasiya məkanı boyunca tranzit imkanlarını artırmağı hədəf alan əsas infrastruktur layihələri, eləcə də ölkəmizdə həyata keçirilən nəqliyyat sektorunun infrastrukturunun modernləşdirilməsi barədə məlumat verilib.

C.Bayramov tədbir iştirakçılarının diqqətini Ermənistanın cari ilin iyul ayında Azərbaycan-Ermənistan sərhədində hərbi təxribatına cəlb edərək bu ölkənin silahlı qüvvələrinin Azərbaycanın mühüm enerji və nəqliyyat infrastrukturunu hədəf aldığını vurğulayıb. Bu infrastrukturun yalnız Azərbaycanın iqtisadi davamlılığı üçün deyil, geniş Avrasiya bölgəsi üçün əhəmiyyət kəsb etdiyi iştirakçıların nəzərinə çatdırılıb. Nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı əsasında həllinin vacibliyini vurğulayıb.

Qeyd ed'k ki, Açıq Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr qrupu sözügedən ölkələrin səmərəli tranzit əməkdaşlığını təşviq etmək, bununla da onların dünya iqtisadiyyatına inteqrasiyasına və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmasına töhfə vermək məqsədilə yaradılıb. Qrupda Azərbaycan da daxil olmaqla, 32 ölkə təmsil olunur.

OXŞAR XƏBƏRLƏR

Rəşad Mahmudov: "Koronavirusa yoluxanların sayını sıfırlamağa məcburuq"

Son günlər koronavirusa yoluxma statistikasında yenidən kəskin artım müşahidə olunur. Ötən gün virusa yeni yoluxanların sayı 584-ə çatıb. Ölkə üzrə aktiv...

Polad Bülbüloğlu: Azərbaycan və Ermənistan liderlərinin görüşü üçün vəziyyət hələ yetişməyib

Polad Bülbüloğlu Azərbaycanın Qarabağla bağlı beynəlxalq hüquqa əsaslanan mövqeyini qətiyyətlə müdafiə edəcəyini vurğulayıb.  Ermənistan destruktiv m...

Ceyhun Bayramov Çavuşoğlu ilə telefonla danışdı

Oktyabrın 21-də Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun Türkiyənin Xarici İşlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub. Sfer...

Ali Baş Komandan: "Cəbrayılın daha 5 kəndi işğaldan azad edildi"

Cəbrayıl rayonunun Bələnd, Papı, Tulus, Hacılı, Tinli kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır! Sfera.az xə...

XİN-dən Ermənistanın baş nazirinin açıqlamasına münasibət

Ermənistanın baş naziri Nikol Paşinyan "münaqişənin diplomatik həlli yoxdur" deyə açıqlama ilə çıxış edərək Ermənistanın işğalçı siyasətini davam etdirdiyini və...

Yalan vədlərə bir daha aldanmamalıyıq

Biz "şirin” vədlərə, verilən ümidlərə hələ də inanmalıyıqmı? İnam üçün əsas çoxdur, yoxsa inamsızlıq üçün? Bu cür suallara obyektiv, alışdırıldığımız ifadə ilə ...