Ceyhun Bayramov və Mövlud Çavuşoğlu Belqradda görüşdü
15:02 / 11.10.2021
543
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belqradda Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.
Sfera.az-ın məlumatına görə bu barədə Türkiyənin XİN rəhbəri "Twitter”də bildirib.
Nazir qeyd edib: "Can Azərbaycanın xarici işlər naziri, qardaşım Ceyhun Bayramovla bu dəfə Belqradda görüşdük. İkitərəfli əlaqələrimizi və noyabrın 12-də İstanbulda keçiriləcək Türk Şurası Zirvəsinə hazırlıqları müzakirə etdik"
Qeyd edək ki ,Belqradda Qoşulmama Hərəkatının 60 illiyi ilə əlaqədar beynəlxalq konfrans keçirilir.