No Image
No Image

Ceyhun Bayramov Türkiyədə danışıqlarda - FOTO

Ceyhun Bayramov Türkiyədə danışıqlarda - FOTO
Xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində BMT Baş katibinin siyasi məsələlər üzrə köməkçisi Miroslav Yença ilə görüşüb.

Sfera.az xəbər verir ki, görüş zamanı nazir post münaqişə mərhələsində azad edilmiş ərazilərdə mövcud olan vəziyyət, minaların təmizlənməsi, üçtərəfli bəyanatların icrası haqqında qarşı tərəfə ətraflı məlumat verib. O, hazırkı mərhələdə işğal faktorunun aradan qaldırılması ilə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması imkanı, azad edilmiş ərazilərdə həyata keçirilən bərpa, yenidənqurma prosesindən danışıb. Münaqişənin həllinin regionda sülh, təhlükəsizlik və əməkdaşlıq üçün yeni perspektivlər yaratdığı və bölgədə yaranmış yeni vəziyyətin regional əməkdaşlıq üçün açdığı imkanlar vurğulanıb.

Daha sonra, Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatların dayandırılmasına dair razılığın əldə olunmasını müsbət qiymətləndirən Miroslav Yença, eyni zamanda bölgədə baş verən son hadisələr, o cümlədən sərhəd məntəqəsində yaşanan gərginlik ilə bağlı narahatlığını ifadə edib. O, həmçinin sülhün möhkəmləndirilməsi üçün növbəti addımların atılmasının əhəmiyyəti, üçtərəfli bəyanatdan irəli gələn məsələlərinin icrasının vacibliyini vurğulayıb.

***

Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Ceyhun Bayramov Xorvatiya xarici və Avropa işləri üzrə naziri Qordan Grliç Radman ilə görüşüb.

Nazir Qordan Grliç Radman Xorvatiyanın hər zaman Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığını dəstəklədiyini, Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığı təşviq etmək məqsədi ilə Birgə Komissiyanın fəaliyyətinə istinad edərək iqtisadi, kənd təsərrüfatı, turizm sahələrində əməkdaşlıq imkanlarını qeyd edib. Azərbaycanın Xorvatiyada baş vermiş zəlzələ zamanı göstərdiyi dəstəyə görə təşəkkür ifadə edilib.

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azərbaycan-İsrail iqtisadi əlaqələri genişlənir - FOTO

Azərbaycanla İsrail  arasında Birgə Komissiyanın həmsədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun başçılıq etdiyi nümayəndə heyəti İsraildə işgüzar səfərdə...

İlham Əliyev Pakistan nümayəndə heyətini qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 27-də Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysərin başçılıq etdiyi nümayəndə heyətini qəbul ed...

Sahibə Qafarova AŞPA-nın məruzəçisi ilə görüşdü - FOTO

Sahibə Qafarova məruzəçi Pol Qavan tərəfindən hazırlanan "Ermənistan və Azərbaycan arasında münaqişənin humanitar nəticələri" adlı hesabat haqqında danışaraq üm...

Türkiyə və Pakistan parlamentlərinin sədrləri Bakıda - FOTO

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntopun və Pakistan İslam Respublikasının Milli Assambleyasının sədri Əsəd Qeysərin başçılıq etdikləri nümayəndə ...

Ceyhun Bayramov Kestudis Yankauskasla vidalaşdı - FOTO

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəsi səfir Kestudis Yankauskası ölkəmizdəki diplomatik fəaliyyətinin ba...

İlham Əliyev Daşkəsəndə səfərdədir - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Daşkəsən rayonuna səfərə gedib. Sfera.az xəbər verir ki, dövlət başçısı Daşkəsən şəhərində...