No Image
No Image

Ceyhun Bayramov Şerko Məhəmmədlə görüşdü

Ceyhun Bayramov Şerko Məhəmmədlə görüşdü
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov aprelin 5-də Bakıda səfərdə olan İraq parlamentinin Xarici əlaqələr komitəsinin sədri Şerko Məhəmməd Saleh Əhməd Kadir Mir Vaisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Sfera.az-a XİN-dən məlumat verilib.

Nazir iki ölkə arasında münasibətlərin tarixi, mədəni və dini bağlar üzərində inkişaf etdiyini vurğulayaraq, həm ikitərəfli, həm də çoxtərəfli çərçivələrdə əməkdaşlığın həyata keçirildiyini qeyd edib. Hazırkı səfərin ölkələrimizin parlamentləri arasında əlaqələrin genişləndirilməsi ilə yanaşı, ümumilikdə Azərbaycan və İraq arasında münasibətlərin inkişafı baxımından faydalı müzakirələrin aparılması üçün imkanlar yatardığını bildirib.

İraq Parlamentinin Xarici əlaqələr komitəsinin sədri iki ölkə arasında mövcud olan müsbət əlaqələri qeyd edərək, beynəlxalq səviyyədə Azərbaycanın İraqa verdiyi dəstəyi, eləcə də Azərbaycan tərəfindən göstərilən humanitar yardımı məmnunluqla qeyd edib. Münaqişələrin həlli ilə bağlı İraqın beynəlxalq hüququn prinsiplərini hər zaman rəhbər tutduğu vurğulanıb.

İraqın Azərbaycanın ərazi bütövlüyünə hər zaman dəstək verdiyinə görə qarşı tərəfə təşəkkürünü bildirən nazir Ceyhun Bayramov, Azərbaycan ərazilərinin bir hissəsinin 30 ilə yaxın davam edən işğalı dövründə Ermənistan tərəfindən törədilən dağıntılar, qeyri-qanuni fəaliyyət, çoxsaylı müharibə cinayətləri, 44 günlük Vətən müharibəsindən sonra bölgədə mövcud olan cari vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri barədə qarşı tərəfi məlumatlandırıb. Ermənistanın həm işğal dövründə, həm də bu əraziləri məcburən tərk etmə mərhələsində azad olunan torpaqları geniş şəkildə mina ilə zəhərlədiyi, hərbi əməliyyatların dayandırılmasına rəğmən minaların yerləri ilə bağlı məlumatı hələ də Azərbaycan tərəfinə təqdim etmədiyi və beləliklə də beynəlxalq humanitar hüququ kobud şəkildə pozmaqda davam etdiyi İraq parlamentarilərinin diqqətinə çatdırılıb. Dünya dövlətlərinin bu məsələyə münasibətdə səssiz qalmamaları və Ermənistana ciddi təsir etmələrinin vacibliyi vurğulanıb.

Tərəflər, həmçinin ikitərəfli əlaqələrin inkişaf etdirilməsi perspektivləri, o cümlədən humanitar, turizm, təhsil və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları üzrə fikir mübadiləsi aparıblar.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

İlham Əliyevdən Xarici Kəşfiyyat Xidməti ilə bağlı - FƏRMAN

Prezident İlham Əliyev Xarici Kəşfiyyat Xidməti ilə bağlı bir sıra sənədlərdə dəyişiklik edilməsinə dair fərman imzalayıb. Sfera.az xəbər verir ki, fərman...

Azərbaycan beynəlxalq konfransa ev sahibliyi edəcək

Xarici işlər naziri Ceyhun Bayramov Asiya İnkişaf Bankının ölkə üzrə direktoru Kendis Makdeyqan ilə görüşüb. Sfera.az xəbər verir ki, nazir Ceyhun Bayramo...

Onlara Prezident mükafatları verildi - SƏRƏNCAM

Prezident İlham Əliyev incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb. Sfera.az xəbər ve...

Bu şəxslərə Prezidentin fərdi təqaüdü veriləcək - SİYAHI

Prezident İlham Əliyev Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. Sfe...

Könül Nurullayeva: “Fransa və Kanadanın “əsirlər”lə bağlı birtərəfli yanaşması Ermənistanı daha da həvəsləndirir”

Azərbaycan hər zaman öz öhdəliklərini ən yüksək səviyyədə yerinə yetirir. 44 günlük Vətən Müharibəsi zamanı da Ermənistandan fərqli olaraq, Azərbaycan, bir dəfə...

İlham Əliyevin BBC-yə müsahibəsi sosial şəbəkələrdə rezonans doğurdu - FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ilin noyabrında BBC telekanalı ilə baş tutmuş müsahibəsi sosial şəbəkələrdə geniş rezonansa səbəb olub. Müsahibədə ...