No Image

Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə görüşüb

Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə görüşüb
 11 avqust 2020-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasına rəsmi səfəri çərçivəsində Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Sfera.az-a verilən məlumata görə, təkbətək görüşdən sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş baş tutub.

Nazir Mövlud Çavuşoğlu Ceyhun Bayramovu səmimi salamlayaraq, onu Türkiyədə qəbul etməkdən məmnunluq bildirib.

Tərəflər ikitərəfli gündəlikdə duran bir çox sahələrdə, o cümlədən siyasi, iqtisadi, ticarət, humanitar, mədəniyyət, təhsil və digər sahələrdə əməkdaşlıq münasibətlərin inkişafından məmnunluq ifadə etdi və bu münasibətlərin daha da genişləndirilməsi petspektivlərini müzakirə etdilər.

İki ölkə arasında mövcud əməkdaşlığın həm ikitərəfli, həm də çoxtərəfli formatlarda bundan sonra da davam etdiriləcəyindən əminlik ifadə edildi.

Nazir Ceyhun Bayramov Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi sonuncu təxribatdan danışaraq, Türkiyə dövlətinin hər zaman olduğu kimi Azərbaycanın haqq mövqeyinə nümayiş etdirdiyi dəstəyi məmnunluqla qeyd etdi. Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə də dövlətlərin suverenliyi, ərazi bütövlüyünə hörmət və beynəlxalq sərhədlərin toxunulmazlığı əsasında həllinin vacibliyi vurğulandı.

Görüşdən sonra Xarici İşlər nazirlərinin mətbuat üçün brifinqi keçirildi.

OXŞAR XƏBƏRLƏR

İlham Əliyevdən yeni SƏRƏNCAM

  Prezident İlham Əliyev Bakı şəhərinin Xətai rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirl...

“Əli Həsənovun FETO ilə birbaşa əlaqələri olub” – Mehman Əliyev

Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev də bu mənada Türkiyə mətbuatında Əli Həsənovla dərc edilən məlumatları təsdiqləyib: "Əli Həsənovun...

TƏBİB məlumat yaydı

Hazırda Azərbaycanda aktiv koronavirus xəstələrinin sayı 1917-dir. TƏBİB-dən Sfera.az-a verilən məlumata görə, reanimasiyada olan xəstələrin sayı 112, sün...

“Əli Həsənovun FETÖ ilə ortaq kanalları və sıx münasibətləri olub” - Qulu Məhərrəmli və Bəxtiyar Hacıyev belə düşünür

Bunu Sfera.az-a açıqlamasında ictimai xadim Bəxtiyar Hacıyev dedi: "Təbii ki, Əli Həsənovun FETÖ ilə bağlılığı mümkündür. Onların ortaq kanalları və kifayət qəd...

Prezident Sərəncam İmzaladı

  Prezident İlham Əliyev "Qusar rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsi...

TƏBİB məlumat yaydı

 Hazırda Azərbaycanda aktiv koronavirus xəstələrinin sayı 1940-dır.  TƏBİB-dən Sfera.az-a verilən məlumata görə, reanimasiyada olan xəstələrin s...