No Image
No Image

Ceyhun Bayramov Kestudis Yankauskasla vidalaşdı - FOTO

Ceyhun Bayramov Kestudis Yankauskasla vidalaşdı -  FOTO
Bu gün xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəsi səfir Kestudis Yankauskası ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Bu barədə Sfera.az-a XİN-dən məlumat verilib.

Nazir Ceyhun Bayramov səfir Kestudis Yankauskasın ölkəmizdə Aİ-nin nümayəndəsi qismində çalışdığı müddətində peşəkar, məqsədyönlü və uğurlu fəaliyyətini vurğulayıb, Azərbaycan və Aİ arasında münasibətlərin inkişafına verdiyi töhfəyə görə ona təşəkkürünü bildirib.

Səfir Kestudis Yankauskas fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü ifadə edib. O, Aİ-nin bölgənin sülh və dostluq şəraitində inkişaf etməsində maraqlı olduğunu qeyd edib. Aİ-Azərbaycan tərəfdaşlığında yeni əməkdaşlıq imkanlarından faydalanmağın əhəmiyyətini vurğulayıb.

Görüşdə tərəflər, həmçinin Aİ ilə bağlı baş verən ən son hadisələr, o cümlədən son ay ərzində Azərbaycana həyata keçirilən yüksək səviyyəli səfərlər, eləcə də əməkdaşlıq perspektivləri, Şərq Tərəfdaşlığı ölkələrinin qarşıdan gələn yüksək səviyyəli görüşünə hazırlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparıb.

Nazir Ceyhun Bayramov səfir Kestudis Yankauskasa gələcək fəaliyyətində uğurlar arzulayıb.

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Ceyhun Bayramov Kestudis Yankauskasla vidalaşdı - FOTO

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəsi səfir Kestudis Yankauskası ölkəmizdəki diplomatik fəaliyyətinin ba...

İlham Əliyev Daşkəsəndə səfərdədir - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Daşkəsən rayonuna səfərə gedib. Sfera.az xəbər verir ki, dövlət başçısı Daşkəsən şəhərində...

Qafqaz-İberoamerika Düşüncə Mərkəzi ispan dünyasına mesaj verdi - FOTO/VİDEO

İyulun 21 - də Qafqaz-İberoamerika Düşüncə Mərkəzi Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrə...

Azərbaycan Tacikistana 40 min doza vaksin göndərdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə məqsədilə Tacikistan Respublikasın...

Könül Nurullayeva Sülh və Tolerantlıq üzrə Beynəlxalq Parlamentin iclasında çıxış edib - FOTOLAR

Milli Məclisin Deputatı Könül Nurullayeva, 13-17 iyul tarixlərində Montoneqro Respublikasının Parlamentində keçirilən Tolerantlıq və Sülh üçün Beynəlxalq Parlam...

Prezident Xocasəndə şəhid ailələri və müharibə əlillərinə mənzil və avtomobillərin təqdim olunması mərasimində iştirak edib - YENİLƏNİB-2

İyulun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillər...