No Image
No Image

Ceyhun Bayramov Kamal Azfarı qəbul etdi - FOTO

Ceyhun Bayramov Kamal Azfarı qəbul etdi - FOTO
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Pakistana rəsmi səfəri çərçivəsində bu ölkənin Sərhəd İşləri Təşkilatının baş direktoru general-mayor Kamal Azfar ilə görüşüb.

Bu barədə Sfera.az-a Xarici İşlər Nazirliyindən bildirilib.

K.Azfar təşkilatın fəaliyyət sahələri barədə ətraflı məlumat verərək 45 ildən çox müddətdə Pakistanda körpülər, yollar, tuneller, eləcə də telekommunikasiya xəttlərinin və s. inşası, infrastruktur xidmətlərinin inkişafı sahəsində fəaliyyətlərindən bəhs edib.

C.Bayramov bölgədə mövcud olan cari vəziyyəti qeyd edərək, 44 günlük Vətən müharibəsindən sonra münaqişə sonrası bərpa və reabilitasiya mərhələsinə qədəm qoyulduğunu bildirib. Hazırda bölgədə aparılan işlər, o cümlədən minadan təmizləmə işləri və infrastrukrur layihələri qeyd olunub. Azərbaycanın həyata keçirilən bərpa və tikinti işlərində maraqlı tərəfdaş ölkə və beynəlxalq təşkilatlarla birgə işləməyə hazır olduğu vurğulanıb.

Görüşdə tərəflər əməkdaşlıq petspektivləri üzrə fikir mübadiləsi aparıblar.
Turan Bank

OXŞAR XƏBƏRLƏR

İlham Əliyev Türk Şurasının Baş katibini videoformatda qəbul etdi - TAM MƏTN

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevi videoformatda qəbul edib...

İlham Əliyev videoformatda qəbul keçirdi

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 19-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevi videoformatda qəbul edib. Sfera.az...

TÜRKSOY və TDƏŞ nümayəndələri Füzulidə də olublar - FOTO

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY), Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ), Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun nümayəndə he...

TÜRKSOY və TDƏŞ nümayəndələri Ağdamda olublar - FOTOLAR

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) nümayəndə heyəti işğaldan azad olunan Ağdam rayonuna səf...

Azərbaycan Prezidenti Şuşada “Qazançılar kilsəsi”ndə oldu - FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyev Şuşaya səfəri zamanı şəhərdəki "Qazançılar kilsəsi”ndə olub. Sfera.az  xəbər verir ki, dövlət başçısı, birinci xan...

Prezident və birinci xanım Cıdır düzündə oldular - FOTOLAR

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşanın Cıdır düzündə olublar. Sfera.az  xəbər verir ki, bu dövlət ba...