Ceyhun Bayramov İtaliya Senatının Komissiya sədri ilə görüşdü - FOTOLAR

Ceyhun Bayramov İtaliya Senatının Komissiya sədri ilə görüşdü - FOTOLAR
Xarici işlər naziri Ceyhun Bayramov İtaliya Senatının Xarici Əlaqələr və Emiqrasiya Daimi Komissiyasının sədri Vito Petroçellinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Sfera.az xəbər verir ki, nazir üçtərəfli bəyanatların icrasına təhlükə törədən və narahatlıq doğuran məsələləri qarşı tərəfin diqqətinə çatdırıb və bu xüsusda, Ermənistanın birgə bəyanat imzalandıqdan sonra Azərbaycan ərazisinə terrorçu-diversant qüvvələri göndərməsi, Azərbaycanın hərbçiləri və mülki şəxsini qətlə yetirən bu qrupun üzvlərinin zərərsizləşdirildiyi və hazırda onlarla bağlı cinayət işinin aparıldığı, Ermənistanın tərəfinin əsassız şəkildə bu şəxsləri "hərbi əsirlər” kimi qələmə verərək, onlarla bağlı iddialar irəli sürdüyünü qeyd edib.

Nazir, həmçinin azad olunmuş ərazilərin Ermənistan tərəfindən ağır şəkildə minalandığını və Ermənistanın minaların yerləri ilə bağlı məlumatı hələ də Azərbaycana təqdim etməkdən imtina etdiyini Komissiya sədrinin diqqətinə çatdırıb. Bəzi Avropa parlamentarilərinin məsələnin mahiyyətinə varmadan və Azərbaycan tərəfindən təqdim edilən faktlara rəğmən, bu mövzuda tamamilə əsassız çağırışlar irəli sürüdüyünü qeyd edən nazir, İtaliyanın simasında dost ölkələrin nümayəndələri vasitəsilə beynəlxalq ictimaiyyətin bu məsələdə dürüst şəkildə məlumatlandırılmasının əhəmiyyətini vurğulayıb.

Vito Petroçelli İtaliya Senatının münaqişə ilə bağlı məsələləri hər zaman diqqət mərkəzində saxladığını qeyd edib. Münaqişənin başa çatmasının bütün bölgə üçün böyük uğur olduğunu söyləyən sədr, bölgədə inteqrasiya üçün imkanların yarandığını da səsləndirib.


OXŞAR XƏBƏRLƏR

ABŞ-də ermənilərə qarşı ETİRAZ AKSİYASI: "Bizə qarşı böhtanı ancaq..."

ABŞ-də türklərlə ermənilər qarşı-qarşıya gəliblər.   Sfera.az Türkiyə mediasına istinadən bildirir ki, paytaxt Vaşinqtonda yaşayan türklər 24 aprel ...

Azərbaycan Kubokunda ən məhsuldar yarımfinal: 14 qol vuruldu

Azərbaycan Kubokunda ən məhsuldar yarımfinal qeydə alınıb.   Sfera.az xəbər verir ki, yarımfinal mərhələsində 14 qol vurulub.    Belə...

Macarıstan Azərbaycanın enerji sektoruna 2 mlrd. dollar YATIRDI

Macarıstanın MOL şirkətinin Azərbaycanın enerji sektoruna investisiyaları 2 milyard dollar təşkil edib.   Sfera.az xəbər verir ki, bunu bu gün Bakıda...

Azərbaycanda ən çox və ən az çörək yeyilən REGİONLAR - SİYAHI

Azərbaycan əhalisi dünyada ən çox çörək və çörək məhsulları istehlak edən xalqlardandır. İl ərzində əhali adambaşına 133 kq çörək və çörək məhsulları istehlak e...

Macarıstan XİN başçısı: “Azərbaycanla tərəfdaşlığı inkişaf etdirmək üçün ciddi səy göstəririk”

Macarıstan Azərbaycanla tərəfdaşlığın inkişafı üçün ciddi səy göstərir.   Sfera.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri P...

Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında İŞTİRAK ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər. &nb...