Ceyhun Bayramov İran prezidentinin xüsusi elçisi ilə görüşdü - FOTOLAR

Ceyhun Bayramov İran prezidentinin xüsusi elçisi ilə görüşdü - FOTOLAR
Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Xarici İşlər nazirinin müavini və İran İslam Respublikasının Prezidentinin xüsusi elçisi Seyid Abbas Əraqçini qəbul edib.

XİN-dən verilən məlumata görə, tərəflər Azərbaycan və İran arasında mövcud yüksək səviyyəli əməkdaşlığı vurğuladılar və gələcəkdə bu münasibətlərin daha da inkişaf edəcəyi ilə bağlı əminlik ifadə ediblər.

Tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, onun nəticələri və regionda baş verən sonuncu gərginliyi ətraflı şəkildə müzakirə etdilər.

C.Bayramov bölgədə son gərginlik, Ermənistan rəhbərliyinin hərbi təxribatları, Ermənistan baş nazirinin bölgədə gərginliyin artması məqsədini güdən və münaqişənin danışıqlar yolu ilə həllinə xələl gətirən məsuliyyətsiz bəyanatları və addımları barədə İran Prezidentinin xüsusi elçisinə məlumat verib. Nazir Azərbaycanın Silahlı Qüvvələrinin özünü müdafiə hüququ çərçivəsində və Azərbaycanın mülki əhalisini qorumaq məqsədilə əks həmlə tədbirlərini həyata keçirdiyini bildirib.

Nazir xüsusi olaraq vurğulayıb ki, Ermənistan beynəlxalq humanitar hüququ kobud şəkildə pozur və Azərbaycan əhalisini məqsədyönlü şəkildə hədəf alır. O, münaqişə zonasından uzaq məsafədə yerləşən Gəncə, Mingəçevir, Bərdə və digər şəhərlərin, uşaq və qadınlar daxil olmaqla günahsız mülki əhalinin Ermənistan silahlı qüvvələri tərəfindən xaincəsinə atəşə tutulduğunu qeyd edib.

C.Bayramov Azərbaycan Respublikasının Prezidenti tərəfindən dəfələrlə bildirildiyi kimi, ölkəmizin başlıca məqsədinin xarici silahlı qüvvələrin Azərbaycanın suveren torpaqlarından çıxarılması və Azərbaycanın ərazi bütövlüyünün onun beynəlxalq tanınmış sərhədləri çərçivəsində bərpa edilməsi olduğunu vurğulayıb.

A.Əraqçi münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllinə dair İranın rəsmi mövqeyini bir daha vurğulayıb. İran Prezidentinin xüsusi elçisi mülki şəxslərin həyatının itirilməsi ilə bağlı başsağlığını ifadə edib.

C.Bayramov Azərbaycanın ərazi bütövlüyünə İranın dəstəyi ilə bağlı həmsöhbətinə minnətdarlığını ifadə edib.

Görüşdə həmçinin tərəflər qarşılıqlı maraq və narahatlıq doğuran məsələləri müzakirə ediblər.

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...