No Image
No Image

Ceyhun Bayramov dəyirmi masada iştirak edib

Ceyhun Bayramov dəyirmi masada iştirak edib
Xarici işlər naziri Ceyhun Bayramov ADA Universiteti və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə "Cənubi Qafqaz üçün yeni baxış - müharibə sonrası inkişaf və əməkdaşlıq” mövzusunda təşkil olunan dəyirmi masada iştirak edib.

Xarici İşlər Nazirliyindən  Sfera.az-a verilən məlumata görə, tədbirə dünyanın 15 ölkəsindən aparıcı beyin mərkəzlərinin nümayəndələri qatılıblar.

Bakı İsraillə İran arasında vasitəçilik edə bilər? - Nazirdən cavabCeyhun Bayramov tədbir iştirakçılarına münaqişə sonrası bölgədə yaranan yeni vəziyyət, üçtərəfli bəyanatlar və onların icrasına dair məsələlər, işğal faktorunun aradan qaldırılması ilə beynəlxalq hüququn prinsipləri, xüsusilə də beynəlxalq tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünə ciddi riayət edilməsi əsasında Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması imkanının yaranması, azad edilmiş ərazilərdə vəziyyət, Ermənistan tərəfindən törədilmiş geniş miqyaslı dağıntılar və qanunsuz fəaliyyət barədə ətraflı məlumat verib.

Azad edilmiş ərazilərin bərpa, yenidənqurma və reinteqrasiyasından bəhs edən nazir, bu ərazilərə həyatın yenidən qaytarılması üçün görülən tədbirlərdən danışıb.

Ceyhun Bayramov üçtərəfli bəyanatların icrasına maneə olan və bölgədə yaranmış əməkdaşlıq imkanlarına təhlükə törədən məsələlər barədə iştirakçıları məlumatlandırıb, bu xüsusda Ermənistanın Azərbaycan ərazisinə hərbçilərini gizli şəkildə keçirmək cəhdləri, mina xəritələrinin Azərbaycana təqdim etməkdən imtina etməsi, rəsmi Yerevanın revanşist açıqlamaları və digər məsələləri vurğulayıb.

Tədbirin sonunda nazir iştirakçıların çoxsaylı suallarını cavablandıraraq, bölgədə Rusiya sülhməramlılarının rolu, beynəlxalq təşkilatların hazırkı prosesə mümkün töhfəsi, Azərbaycana qarşı aparılan dezinformasiya və saxta məlumatların yayılması ilə mübarizə, regional əməkdaşlıq imkanları və digər məsələlər barədə Azərbaycanın mövqeyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Ermənilərin maraqlarına xidmət edənlərin Azərbaycana qarşı QƏRƏZİ

Aprelin 13-də "The Guardian” qəzetində dərc edilmiş məqalədə Azərbaycan hakimiyyətinin saxta trollardan istifadə etməsi barədə fikirlər yer almışdır. Müəllif bi...

Bayramov sərhəddəki gərginliklə bağlı tacikistanlı həmkarı ilə danışdı

Bu gün nazir Ceyhun Bayramovun tacikistanlı həmkarı Sirociddin Muhriddin ilə telefon danışığı baş tutub. Sfera.az xəbər verir ki, bu barədə XİN məlumat ya...

İlham Əliyev: Udi xalqının çox böyük tarixi mirası var

Udi xalqının çox böyük tarixi mirası var. Sfera.az  xəbər verir ki, bunu Prezident İlham Əliyev mayın 15-də Qəbələnin Nic qəsəbəsində yerləşən Müqədd...

Mehriban Əliyeva Qəbələ səfərindən paylaşım etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva mayın 15-də Qəbələ rayonuna səfərə gəliblər.  ...

Ermənistan parlamentinin bəyanatı ilə bağlı AÇIQLAMA: "Bu şikayətlərin nəticəsi olmayacaq"

Xəbər verdiyimiz kimi Ermənistan parlamenti yekdilliklə Azərbaycanın Ermənistanın suveren ərazilərinə "təcavüzü" barədə Birgə Bəyanat qəbul edib. "Çiçəklənə...

Prezident Qəbələnin Nic qəsəbəsindəki Müqəddəs Məryəm Ana Alban kilsəsində olub

Mayın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Qəbələnin Nic qəsəbəsində yerləşən Müqəd...