No Image

Ceyhun Bayramov BMT-nin rezident əlaqələndiricisi ilə görüşüb - FOTO

Ceyhun Bayramov BMT-nin rezident əlaqələndiricisi ilə görüşüb - FOTO
 Sentyabrın 9-da Xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycan Respublikasında rezident əlaqələndiricisi Qulam İsakzaini qəbul edib.

XİN-dən Sfera.az-a verilən məlumata görə, tərəflər BMT və Azərbaycan arasında qarşılıqlı faydalı və hərtərəfli əməkdaşlıq münasibətləri üzrə fikir mübadiləsi aparıblar.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyasının çağırılması təşəbbüsünün yüksək qiymətləndirildiyi vurğulanıb və hazırda xüsusi sessiyanın yüksək səviyyəli iclasının format və modallıqları üzrə konkret müzakirələrin getdiyi qeyd olunub.

C.Bayramov Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, Ermənistan silahlı qüvvələri tərəfindən iki ölkənin sərhədində Azərbaycanın Tovuz rayonu istiqamətində törədilən son təxribat, Ermənistanın öncədən planlaşdırdığı bu hərbi təxribatla güddüyü məqsədləri, eləcə də Azərbaycan tərəfindən bu məsələnin beynəlxalq təşkilatlar çərçivəsində qaldırılması, o cümlədən BMT Baş katibinə məktubun ünvanlanmasından bəhs edib.

Q.İsakzai iki ölkə sərhədində baş vermiş son insident ilə bağlı BMT Baş katibinin açıqlamasına istinad edib, BMT rəhbərinin bu xüsusda fəal rolunu qeyd edib və BMT-nin münaqişənin sülh yolu ilə həllində maraqlı olduğunu bildirib.

Görüşdə habelə cari ildə BMT-nin 75 illiyi ilə əlaqədar birgə tədbirlərin həyata keçirilməsi təşəbbüsləri müzakirə olunub.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıblar.

OXŞAR XƏBƏRLƏR

Prezident İlham Əliyev “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib - FOTO - VİDEO

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda "Abşeron” yatağının dəniz əməliyyatla...

BQXK qarşısında Dilqəm Əsgərov və Şahbaz Quliyev məsələsi qaldırıldı

 Bu gün Xarici İşlər naziri Ceyhun Bayramov Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin rəhbəri Elena Aymone Sessera ilə görüşüb....

Azərbaycan və Türkiyə HHQ-nin aviasiya vasitələri Naxçıvan şəhəri üzərində birgə uçuşlar edib – FOTO-VİDEO

 Bu gün Bakının Qafqaz-İslam Ordusu tərəfindən erməni-bolşevik birləşmələrindən azad edilməsinin 102-ci ildönümü münasibətilə Azərbaycan və Türkiyə Hərbi H...

Ceyhun Bayramov İsveçin Azərbaycandakı yeni səfirini qəbul edib - FOTO

 Bu ilin 15 sentyabr tarixində Xarici İşlər naziri Ceyhun Bayramov İsveç Krallığının ölkəmizdə yeni təyin olunmuş səfiri Kristian Kamilin etimadnaməsinin s...

Ceyhun Bayramov Fransa səfirini qəbul edib - FOTO

 Xarici İşlər naziri Ceyhun Bayramov Fransa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Zakari Qrosu qəbul edib. Xİ...

Prezident İlham Əliyev Sumqayıtda Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib - FOTOLAR

  "Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində Peşə Təhsil Mərkəzinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham...