Ceyhun Bayramov Azərbaycan və Serbiya münasibətlərindən danışdı

Ceyhun Bayramov Azərbaycan və Serbiya münasibətlərindən danışdı
"Azərbaycan və Serbiya münasibətlərinin əsasında suverenliyə hörmət, beynəlxalq sərhədlərin tanınması prinsipi dayanır. İnanırıq ki, əməkdaşlığımız bu istiqamətdə inkişaf edəcək”.

Sfera.az-ın məlumatına görə, bu barədə Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan serbiyalı həmkarı Nikoloy Selakoviçlə görüşünün yekunlarına həsr olunmuş mətbuat konfransında çıxışı zamanı bildirib.

Nazirlər görüş zamanı gündəlikdə duran ikitərəfli məsələlərin, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq məsələlərinin müzakirə edildiyini bildiriblər.

Bundan başqa, Serbiyanın Qoşulmama Hərəkatı çərçivəsində xüsusi rolu vurğulanıb. Ceyhun Bayramov təşkilatın ilk iclasının Serbiyanın paytaxtı Belqrad şəhərində keçirildiyini xatırladıb. Bu səbəbdən, Qoşulmama Hərəkatının 2021-ci ilin oktyabr ayına planlaşdırılan yüksək səviyyəli iclasını Serbiya və Azərbaycan birlikdə təşkil edəcək.

Serbiyanın xarici işlər naziri öz növbəsində, Azərbaycan tərəfinin Qoşulmama Hərəkatının hazırkı sədri olaraq, Serbiya tərəfindən irəli sürülən, təşkilatın ilk iclasının 60 illiyinin birlikdə Belqradda qeyd edilməsi təşəbbüsünü dəstəkləməsi faktını yüksək qiymətləndirib.


OXŞAR XƏBƏRLƏR

Qida çatışmazlığından əziyyət çəkən insanların sayı artıb - HESABAT

Birləşmiş Millətlər Təşkilatı və 16 digər humanitar təşkilatın dərc etdiyi hesabata görə, 2023-cü ildə dünyada ərzaq təhlükəsizliyi daha da pisləşib və bu vəziy...

Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri BAŞA ÇATDI

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri aprelin 25-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövl...

Azərbaycan və Qırğızıstan prezidentləri birgə NAHAR ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də birgə nahar ediblər.   Sfera.az xəbər verir ki, b...

İtkin düşən məşhur modelin cəsədi TAPILDI - FOTO

Bir ildir itkin düşən taylandlı model Kaikan Kaennakamın cəsədi Bəhreyndə morqda tapılıb.   Sfera.az xəbər verir ki, 2023-cü ilin aprelindən ax...

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil GÖNDƏRDİ

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib.   Sfera.az...

Azərbaycanda nə qədər sahibkar var? - STATİSTİKA

Hər il aprelin 25-i ölkəmizdə Sahibkarlar Günü kimi qeyd edilir. Sahibkarlar Gününün qeyd olunmasına 2016-cı ildən başlanılıb. Ölkənin iqtisadiyyatında sahibkar...