Ceyhun Bayramov Argentinanın səfirini qəbul etdi

Ceyhun Bayramov Argentinanın səfirini qəbul etdi
23 noyabr 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Argentinanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Serxio Osvaldo Perez Qunellanı diplomatik fəaliyyətinin bitməsi münasibətilə qəbul edib.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən Sfera.az-a verilən xəbərə görə, nazir Ceyhun Bayramov səfirin Azərbaycan-Argentina münasibətlərinin inkişafı istiqamətindəki səylərini yüksək qiymətləndirib və ona gələcək fəaliyyətində uğurlar arzu edib.

Sekuta: "Azərbaycanın əzəli torpaqlarını işğaldan azad etməsi regionda strateji zəlzələyə bənzəyir"
Aİ-nin xüsusi nümayəndəsi Azərbaycan və Ermənistanı dayanıqlı sülh üçün səy göstərməyə çağırıb
Britaniyalı deputat: "Şuşada kilsələr qorunur"
Hər iki ölkənin beynəlxalq hüququn norma və prinsiplərinə hörmət mövqeyindən çıxış etdiyi bildirən nazir, ikitərəfli münasibətlərin inkişafı ilə yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın mövcud olduğunu vurğulayıb.

Nazir, səfir Serxio Osvaldo Perez Qunellanın Azərbaycan üçün tarixi bir dövrdə ölkəmizdə fəaliyyət göstərdiyini qeyd edib. O, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə, nəhayət ki, bölgədə davamlı sülh və əməkdaşlığın qurulması üçün fürsətin və yeni əməkdaşlıq imkanlarının yarandığını vurğulayıb və bu xüsusda, Azərbaycanın beynəlxalq hüquq əsasında münasibətlərin normallaşdırılması və revanşizmin qəbuledilməsizliyi ilə bağlı mövqeyini səsləndirib.

Argentina Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Serxio Osvaldo Perez Qunella diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib. O, ölkələrimiz arasındakı münasibətlərin inkişafından, o cümlədən pandemiyaya rəğmən ticarət əlaqələrində artımın müşahidə edilməsindən məmnunluqla bəhs edib. Fəaliyyəti müddətində iki ölkənin iqtisadi əlaqələrinin genişləndirilməsi, habelə insanlar arasında təmasların yaradılmasına xüsusi önəm verdiyini söyləyən səfir, ikitərəfli əlaqələrin bundan sonra da inkişaf etdirilməsində səylərin əsirgənilməyəcəyinə inam ifadə edib.

Tərəflər, həmçinin iki ölkə arasında münasibətlərin inkişafı perspektivlərini müzakirə ediblər.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Türkiyə Prezidenti: “Zəngəzur dəhlizinə böyük əhəmiyyət veririk”

"Biz İslamabad-Tehran-İstanbul magistral yolunun istismara verilməsi və eyni marşrut üzrə dəmir yolu xəttinin canlandırılması səylərini alqışlayırıq”. Sfe...

İlham Əliyev İran Prezidenti ilə görüşdü - FOTOLAR

Noyabrın 28-də Aşqabadda Azərbaycan Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşü olub. Sfera.az xəbər ve...

İlham Əliyev Pakistan Prezidenti ilə görüşdü - YENİLƏNİB

Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi ilə görüşü olub. Sfera.az  x...

İlham Əliyev Tacikistan Prezidenti ilə görüşdü

Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə görüşü olub. Sfera.az  xəbər ...

Pakistan Prezidenti Qarabağ zəfəri münasibətilə Azərbaycanı təbrik etdi

"Bu fürsətdən istifadə edib Azərbaycan torpaqlarının işğaldan azad edilməsi və ərazi bütövlüyünün bərpası münasibətilə Prezident Əliyevi bir daha təbrik etmək i...

Türkmənistan Prezidenti: "Biz qardaş ölkələrik, qonşularıq"

"Mən bir məqamı da vurğulamaq istəyirəm. Hər halda Aşqabadda bu qətnamənin qəbul edilməsi parlaq tarixi hadisədir". Sfera.az  xəbər verir ki, bu sözl...