Ceyhun Bayramov Aİ-nin xüsusi nümayəndəsi ilə görüşdü

Ceyhun Bayramov Aİ-nin xüsusi nümayəndəsi ilə görüşdü
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar arasında görüş baş tutub.

Bu barədə Sfera.az Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Görüş zamanı tərəflər bölgədəki cari təhlükəsizlik vəziyyəti, o cümlədən dövlət sərhədinin delimitasiya prosesi, kommunikasiyaların açılışı, infrastruktur layihələri və digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov üçtərəfli bəyanatların icrası ilə bağlı qarşı tərəfə məlumat verərək, bu xüsusda Ermənistanın vəziyyətin gərginləşdirilməsinə xidmət edən davranışı, əsassız iddialar və qeyd şərtlərlə çıxış etməsinin qəbuledilməz olduğunu vurğulayıb.

Xüsusi nümayəndə Aİ-nin bölgədə sülh, inkişaf və rifahın təmin olunması mövqeyindən çıxış etdiyini xatırladaraq, bunun üçün müvafiq dəstəyi göstərməyə hazır olduqlarını qeyd edib.

Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq məsələləri, Azərbaycan və Aİ arasında yeni sazişi üzrə aparılan danışıqlar, həmçinin iqtisadi sahədə əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

İran “Azərbaycan legionu”na Bakıya qarşı hücum əmri verdi – Təxribatlar ara vermir

"Keçmiş Azərbaycan vətəndaşları, müharibədən öncəyə qədər Azərbaycanın inanclı auditoriyası üzərində mollaların təbliğatını aparan "nur-az” səhifəsinin idarəç...

"KARGU-2 dronları ilə Qarabağdakı qanunsuz silahlı dəstələr təmizlənə bilər" - Deputat

"Paşinyan Türkiyə prezidenti Ərdoğanla görüşmək istəyir və bunun üçün Gürcüstan rəhbərliyini elçi salıb. Bu isə o deməkdir ki, həmin görüşdə maraqlı olan daha b...

Azərbaycana keçən iki erməni geri qaytarıldı

Azərbaycan ərazisinə keçən iki Ermənistan vətəndaşı geri qaytarılıb. Sfera.az xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Milli Təhlükəsizlik Xidməti ...

Ceyhun Bayramov ABŞ-a yola düşdü - SƏBƏB

Xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak etmək üçün ABŞ-ın Nyu-York şəhər...

"Türkiyə heç kimin qapısının qulu deyil" - Ərdoğandan SƏRT TƏPKİ

"Türkiyədə hazırda 4,5 milyon miqrant var. Bu məsələdə ən çox əziyyət çəkən ölkə də Türkiyədir". Sfera.az-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcə...

Ərdoğan: “Zəngəzur koridorunun açılıb-açılmaması siyasi məsələdir”

"Zəngəzur koridorunun açılıb-açılmaması siyasi bir məsələdir”. Sfera.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın baş nazi...