Cəriməsi çox olanın sığorta haqları artırılsın? - VİDEO

Cəriməsi çox olanın sığorta haqları artırılsın? - VİDEO

Azərbaycanda yol hərəkəti qaydalarını tez-tez pozan, buna görə cərimələnən sürücülər üçün sığorta haqlarının artırılması təklif edilir. Ekspertlər hesab edirlər ki, bu məsələ icbari sığortadakı bonus-manus sistemində öz əksini tapmalıdır.

Sfera.az "Xəzər Xəbər"ə istinadən bildirir ki, ölkəmizdə avtomobillərin icbari sığortalanması zamanı, il ərzində yalnız baş verən qəzaları nəzərə alan bonus - manus, yəni mükafatlandırma və cərimələmə sisteminə sürücülərin yol qaydaları hərəkəti pozuntuları da daxil edilə bilər. ekspertlər hesab edir ki, bu sürücülərin risklik dərəcəsini müəyyən etmək üçün daha ədalətli sistemdir.

Digər tərəfdən statistika göstərir ki, xüsusi ilə təhlükəli sayılan yol hərəkəti qaydalarının pozulması faktları günü-gündən artır. Ekspertlərin fikrincə bu dəyişiklik baş verərsə qayda pozuntularının habelə qəza hadisələrinin sayının azalmasına da təsir edər.

Ekspert Abbas Babayev deyir ki, təkliflərin reallığa çevrilməsi üçün sadəcə müvafiq qanunvericilik aktlarına dəyişiklik edilməli və cərimə protokolları barədə məlumatların elektron hökümət portalına inteqrasiya edilməlidir

]


OXŞAR XƏBƏRLƏR