“Cənubi Qafqazda düşmənçilik mühitini aradan qaldırmalıyıq” - Paşinyan

“Cənubi Qafqazda düşmənçilik mühitini aradan qaldırmalıyıq” - Paşinyan
"Cənubi Qafqaz regionunda iqtisadi və nəqliyyat infrastrukturunun blokadadan çıxarılması Ermənistan iqtisadiyyatının məzmun və strukturunu keyfiyyət baxımından dəyişə bilər”. 

Sfera.az erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdəki çıxışında deyib. 

O bildirib ki, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi vacibdir və bunun üçün Ermənistanın ətrafında əlverişli xarici mühitin yaradılmalıdır: 

"Bu, təkcə Ermənistan və Qarabağ bölgəsi üçün deyil, bütün region dövlətləri üçün vacibdir.

Düşünürəm ki, Cənubi Qafqaz regionunda düşmənçilik atmosferini aradan qaldırmalıyıq. Bu, regional inkişafın yeganə yoludur. Düşmənçilik atmosferinin aradan qaldırılması regional iqtisadi və nəqliyyat infrastrukturunu blokadadan çıxaracaq. Bu, eyni zamanda, Ermənistanın daxili infrastrukturunun yaxşılaşmasına əlavə stimul olacaq, iqtisadiyyatın inklüziv və uzunmüddətli inkişafına, vətəndaşların iqtisadi fəallığının artırılmağa bərabər şərait yaradılmasına təkan verəcək. Eyni zamanda iqtisadi fəaliyyət göstərmək istəyən Ermənistan vətəndaşları üçün bərabər şərait yaradacaq, yerli və xarici investorlar üçün iqtisadiyyatın cəlbediciliyini əhəmiyyətli dərəcədə artıracaq”.

 

OXŞAR XƏBƏRLƏR

Deputat yarımçıq tikililərdən DANIŞDI: "Tədbir görülməlidir"

“Yarımçıq tikililər narahatlıq yaradır”.  Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev ...

Rusiyada hərbi təyyarə qəzaya uğradı, ölən var - FOTO 

Rusiya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Stavropol diyarında qəzaya uğrayıb.   Sfera.az Rusiya KİV-nə istinadən xəbər verir ki, qəzaya uğray...

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Aprelin 26-da Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat...

Milli Məclisin iclası BAŞLADI - 14 məsələ MÜZAKİRƏ EDİLİR 

Milli Məclisin iclası başlayıb. Sfera.az xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 14 məsələ daxil edilib. ...

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi

"Azərbaycan Dəmir Yolları" QSC artan sərnişin tələbatını nəzərə alaraq Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.   Sfera.az...

Azərbaycan və Türkiyə aqrar sahədə əməkdaşlığın perspektivlərini MÜƏYYƏNLƏŞDİRDİ - FOTO

Azərbaycanın istehsal etdiyi kənd təsərrüfatı məhsullarının Türkiyə və Avropa bazarlarına ixracının genişləndirilməsi zəruridir.   Sfera.az-ın K...